12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuş görüşün məqsədi əlamətdar günü qeyd etmək, 2022-ci ilin birinci yarsında könüllü gənclərin iştirakı ilə keçirilən tədbirlərlə bağlı müzakirələr aparmaq və gənclərin növbəti yarım illə bağlı gözləntilərini öyrənməkdən ibarət olub.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçiləri Cavid Bünyadov vəŞəmməd Şəmmədov görüşdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə könüllülüyün geniş vüsət almasına, gənclərin könüllü fəaliyyətinə cəlb olunmasına göstərdiyi diqqət və qayğıdan danışblar. Çıxışlarda vurğulanıb ki, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması onların bilik və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir.Könüllülük cəmiyyətə faydalılıq, özünüinkişaf və yeni karyera imkanları əldə etmək üçün önəmli başlanğıcdır.
Çay süfrəsi arxasında davam edən tədbir diskussiya şəraitində keçirilib. Gənclərin təklifləri dinlənilib.
Daha sonra idarə tərəfindən keçirilən tədbirlərdəfəal iştiraklarına görə bir qrup gəncə diplomlar təqdim olunub.