30.2 C
Aghjabadi

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci illərdə isə magistraturada oxuyub. İstedadlı gənc tarixçi 2007-2010-cu illərdə Ağcabədi rayonunun Şərəfxanlı kənd orta məktəbində müəllim, 2010-2011-ci illərdə indiki ADPU-nun Ağcabədi filialında əməkdaş kimi fəaliyyət göstərib. 

​Şəfa 2011-2012-ci illərdə Bakı Turizm Şirkətində çalışıb. O, 2014-cü ilin yanvar ayından AMEA-nın əməkdaşıdır. Hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyin Vətən Müharibəsi Fondunun müdiridir. Gənc mütəxəssis AMEA Tarix İnstitutunun doktoranturasında təhsil alıb, dissertasiya üzərində işləyir. Ş.Mövsümov yeni yaradılmış Vətən Müharibəsi Fondunun rəhbəri kimi, 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, şəhid və qazilərə məxsus şəxsi və hərbi əşyaların aşkarlanması, sistemləşdirilməsi, tədqiqi və təbliği istiqamətində elmi işlər aparır. Onunla ilk respublikamızın qədim yaşayış məskənlərindən sayılan, zəngin tarixi abidələrlə məşhur olan Ağcabədi rayonunun tarixinin öyrənilməsi sahəsində həyata keçirilən tədqiqat işləri ilə əlaqədar oldu. 

Bu gün Ağcabədi rayonunda mövcud olan tarixi və arxeoloji abidələrin tədqiq olunmasını çox vacib və zəruri hesab edirəm. Çünki burada Azərbaycan tarixinin ən qədim dövrlərini əhatə edən zəngin arxeoloji mənbələr mövcuddur. Əlamətdar haldır ki, bu sahədə tarixçi-arxeoloq həmkarlarımmüəyyən uğurlara imza atıblar. Bu baxımdan həmyerlimiz, arxeoloq-alim Təvəkkül Əliyev, Xəqani Alməmmədovun və digərlərinin Qalatəpə, Yantəpə, Kamiltəpə və Canavartəpə kimi insan məskənlərində apardıqları tədqiqatlar önəmli əhəmiyyət kəsb edir. Onların tədqiqatları haqqında məlumatlar dünyanın bir sıra nüfuzlu elmi jurnallarında gemiş əksini tapıb. Hazırda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən bu istiqamətdə elmi araşdırmalar uğurla davam etdirilir. Qeyd edim ki, ərazidə araşdırılan abidələr çoxdur. Onların tədqiq edilməsi ilə yanaşı, qorunması və mühafizəsi mühüm vəzifələrdəndir. 

-Şəfa müəllim, üzərində işlədiyiniz dissertasiya hansı mövzuya həsr olunub?

​-Dissertasiyam “1941-1945-ci illər müharibəsinin tarixi Azərbaycan sovet tarixşünaslığında” adlı maraqlı mövzuya həsr olunub. Bunu əlavə edim ki, həmin dövr Azərbaycan tarixi sovetlər dönəmində lazımi qədər öyrənilməyib. Bu sahədə mebahisəli məsələlər çoxdur. Məqsədim həmin problemləri çözmək, bəzi qaranlıq məqamlara aydınlıq gətirməkdir. Təsadüfi deyil ki, bununla əlaqədar 3 tezis və 20 elmi məqaləm akademik jurnallarda dərc olunub.

​Rusiyada, Ukraynada və Qazaxıstanda keçirilən bir çox nüfuzlu elmi konfranslarda, beynəlxalq tədbirlərdə iştirak etmişəm. Yeri gəlmişkən, qeyd edim ki, 2020-ci ildə Rusiyanın Kursk şəhərinin “Planeta” nəşriyyatında dərc olunmuş “Azərbaycan v qodu Velikoy Oteçestvennoy Voynı” adlı 272 səhifəlik kitabın həmmüəlliflərindən biri də mənəm. Kitabda elmi-tədqiqat əsərləri ilə yanaşı, həmyerlimiz, 416-cı Taqanroq diviziyasının kəşfiyyatçısı Əlinağı Bünyadov haqqında olan materiallar, eləcə də, yeni arxiv araşdırmaları yer almışdır. Sözügedən kitab Rusiya Federasiyasının Azərbaycan diaspor təşkilatının dəstəyi ilə işıq üzü görüb və Rusiyanın müxtəlif bölgələrində keçirilən təqdimat mərasimlərində geniş müzakirə olunub. Bütövlükdə bu kitab Rusiyada Azərbaycan xalqının qəhrəmanlığının təbliği baxımından mühüm hərbi tarixi əhəmiyyət kəsb edir.

-Rayonumuzla əlaqədar başqa tədqiqat işləri aparırsınızmı?

​-Bəli, tanınmış ağcabədililər haqqında saytlarda, Azərbaycan dilli vikipediyalarda məqalələr tərtib edirəm. Bütün bunları özümə borc hesab edirəm.

​Maraqlı söhbət üçün təşəkkür edirik. Zənnimizcə bu mövzuda redaksiyamızda görüşlərimiz hələ çox olacaq.

​-Çox sağ olun mən də buna şübhə etmirəm

​Söhbətləşdi: Yəhya PAŞAZADƏ

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər