30.2 C
Aghjabadi

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətini təşkil edir.  Elə bu məqsədlə də avqustun 11-də rayon rəhbəri Rafil Hüseynov növbəti səyyar qəbulunu keçirib. Rayonun Şənlik kəndində keçirilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəliyinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

   Qəbulda çıxış edən icra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq, cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətinin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Rayon rəhbəri eyni zamanda vurğulayıb ki, Ağcabədi rayonu öz iqtisadi potensialına, iqtisadi göstəricilərinə, xüsusən pambıqçılıq təsərrüfatına görə respublika üzrə digər rayonlardan həmişə fərqlənib. Şənlik kəndi də rayonumuzun pambıq tədarükündə ən fəal olan kəndlərdən biridir. 

   Səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda çıxış edən kənd sakinləri Rövşən Heydərov, Ceyran Yunisova, Vahid Səfərov, Sadıx Kazımov, Elton Ağayev, Möhübbət İsmayılov, İnqilab Babayev, Namiq Şirinov bir sıra mövcud problemlərdən söz açıblar. Sonda sakinlər ölkə rəhbərinin bölgələrimizə göstərdiyi diqqət və qayğıdan açaraq, ölkədə gedən quruculuq, abadlıq işlərinə görə ona öz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda rayon rəhbərinin böyük dəstəyi ilə kəndə  asfalt yolu çəkilməsini və burada körpələr evi-uşaq bağçasınıntikilməsini diqqətə çatdıran sakinlər öz razılıqlarını bildiriblər.  İcra başçısı onu da qeyd edib ki, yaxın zamanlarda Şənlik kəndində tibb məntəqəsinin də tikilməsi nəzərdə tutulur. 

                                                                      Pərvin ŞAKİRQIZI

Əvvəlki məqaləGümüş medal
Növbəti məqalədəSizinlə fəxr edirik!

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər