I ixtisas qrupu üzrə ən yüksək nəticə
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Sevindirici haldır ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni Ağcabədi rayon Rəncbərlər kənd tam orta məktəbinin şagirdi Sadıqlı Nərmin Arif qızı göstərib. Belə ki, o, imtahanın birinci mərhələsində 297.5, II mərhələsində isə 400 bal toplayaraq I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ( 697.5) ən yüksək nəticə əldə edib.
Qeyd edək ki, N.Sadıqlı məktəbi fərqlənmə atesttatı ilə bitirib.
Uğur uğur gətirir…
M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin başqa bir məzun Ləman Əliyeva I-ci qrup üzrə ali məktəblərə qəbul imtahanlarında uğurla iştirak edərək, 671,3 bal toplayıb. Onun qazandığı nailiyyət rayon üzrə üçüncü hesab edilir. Uğurun bol olsun, Ləman!
Daha bir yüksək nəticə
Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin məzunu İslam Elnur oğlu Bünyadov l ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında uğurla iştirak edərək, 400 bal toplayan həmyerlilərimizdən biridir. O, 2005-ci ildə rayonun Salmanbəyli kəndində dünyaya göz açıb, 2021-2022-ci dərs ilində adıçəkilən kənd tam orta məktəbində təhsilini əla qiymətlərlə başa vurub. İslam qəbul imtahanlarının ilk mərhələsində 284,8, sonrakı mərhələsində isə 400 bal toplayaraq 684,5 ballıq yüksək nəticəyə nail olub. Təbrik edirik!