Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin gəncləri “SəhnəmİZ” layihəsi çərçivəsində, Məcid Şamxalovun Qayınana adlı pyesinin motivləri əsasında çəkilmiş “Qayınana” filminin bəzi hissələrindən səhnəciklər hazırlayıblar.
Gənclərimizin təşəbbüsü ilə “SəhnəmİZ” layihəsi çərçivəsində “Bir gün səhnədə” adlı qrup yaradılıb. Qrup üzvləri “Qayınana” çəkilişindəMirhəsən Həsənov, Fərid Quliyev, Nərmin Zeynallı, Məhəmməd Mustafayev, Rafael Quliyev, Nəzrin Zeynalova, Nur Zeynalova, Rəvan Fərzəliyev rol alıblar. Çəkilişlər Ağcabədirayon Mədəniyyət evində həyata keçirilmişdir.
Təqdim olunan səhnəcik nümayəndəliyin sosial media hesablarında paylaşılmış, izləyicilərtərəfindən böyük maraqla qarşılanmışdır.