5.6 C
Aghjabadi

İdman bütün dünyada sülh, sağlamlıq və gözəllik rəmzi hesab olunur

İdman bəşəriyyətin tarixində sülh, sağlamlıq və gözəllik rəmzi kimi qəbul olunur. Fikrimcə, bu kontekstdə hazırda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi mühüm əhəmiyyət kəsb edən bir hadisədir.
Hər birimiz biləndə ki, Konyada sözügedən tədbirin açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər, əlbəttə, buna çox sevindik. Axı, son illər dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə idmanın sürətli inkişafına böyük diqqət və qayğı göstərilir. Bu da öz bəhrəsini verir, Azərbaycan idmançıları ən mötəbər beynəlxalq yarışlarda bir-birindən parlaq uğurlar əldə edirlər.
Bu il avqustun 18-dək davam edəcək V İslam Həmrəylik Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, basketbol, cüdo, futbol, gimnastika, aero­bika, həndbol və başqa idman yarışlarında güclərini sınayırlar.
Bu gün planetin bir çox qaynar nöqtələrində ağır silahlı münaqişələr, zorakılıqlar baş verir. Belə bir gərgin dönəmdə çağdaş dünya siyasətinin ən xarizmatik liderlərindən olan, xalqımızın yaxın dostu Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə İslam dövlətlərinin idmançılarının bir araya gəlməsi Azərbaycanımızın bütün vətənpərvər insanlarını çox məmnun edir.
Qeyd etmək lazımdır ki, açılış mərasimi ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançıları ilə səmimi görüşüb söhbət ediblər, onlara uğurla diləyiblər. Bu görüş idmançılarımıza böyük mənəvi və psixoloji dəstək olubdur.
Mən zərrə qədər şübhə etmirəm ki, Azərbaycan idmançıları əvvəlki beynəlxalq idman yarışlarında olduğu kimi, bu nüfuzlu yarışda da fəal iştirak edərək yüksək nəticələr əldə edəcəklər.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
“Xalq” qəzeti

Əvvəlki məqaləAğcabədi gəncləri Şahmat turnirində
Növbəti məqalədəMinnətdarlıq

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər