Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm Prezident!
Bildirirəm ki, həyətimizdə yerləşən artezian quyusunun nasosu yanmışdı. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdim. Bizə yeni 65×110-a nasosu verildi. 82 ailənin su probleminə son qoyuldu. Əlbəttə, bütün bunlar sizin daim xalqın yanında olmağınızın, hər zaman vətəndaşları düşünməyinizin, bununla bağlı göstərişlərinizin, tövsiyələrinizin nəticəsidir. Bu diqqət və qayğıya görə bütün ailələr adından Sizə təşəkkür və minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə Məmmədağa Qarayev,
Ağcabədi rayonu, Hindarx qəsəbə sakini, şəhid atası