Ödənişsiz təlimlərə başlanılıb

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramının birgə əməkdaşlığı, Britaniya hökumətinin maliyyə dəstəyi ilə Ağcabədidə növbəti layihəyə start verilib. Avqustun 8-dən başlayan  “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qrupa daxil olan qadınların səlahiyyətlərinin artırılması və bərabər imkanlar yaradılması layihəsi əsasında mühasibat uçotu təlimləri keçirilir. 

S. Vurğun adına şəhər 4 saylı tam orta məktəbində təşkil olunan təlimlərdə Ağcabədi Qadın Resurs Mərkəzinin üzvlərindən 20 nəfər qadın iştirak edir. 

Təlimlər zamanı Bərdə Peşə Liseyinin təlimçisi Çingiz Çingizzadə mühasibat uçotu haqqında nəzəri və praktiki baza biliklərinin formalaşdırılmasının sirləri barədə iştirakçılara  məlumat verir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Qeyd edək ki, həftədə 5 gün olmaqla, ödənişsiz həyata keçirilən  təlimlər avqusutun 19-na qədər davam edəcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər