Ölkə iqtisadiyyatı dinamik templə irəliləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox önəmli məsələlərə toxunmuşdurMüsahibə zamanı ölkəmizin apardığı daxili və xarici siyasətin uğurlu nəticələri haqqında, həmçinin Azərbaycan-Ermənistan arasında gedən danışıqlarda Ermənistan hakimiyyətinin qeyri-peşakar yanaşması,status məsələsi və bundan qaynaqlanan bir çox probləmlər haqqında geniş məlumat verilmişdir. Dövlət Başçısının xüsusi vurğuladığı kimi ölkəiqtisadiyyatının bu günkü durumu, kənd təsərrüfatına ayrılan diqqət və qayğı, regionların inkişafı və əhalinin güzaranının yaxşılaşdırılması istiqamətində görülən işlər barəsində məlumat vermişdir. 

  Azərbaycan iqtisadi keçid dövrünün yaşayan keçmiş sovet ölkələrindən biridir. 1991-ci ildə ölkə müstəqillik əldə edəndən sonra aparılan əhəmiyyətli iqtisadi və sosial dəyişkiliklər nəticəsində, Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olmuşdur.

  Ölkə Başçısının Dövlət rəsmiləri ilə keçirdiyi bütün görüşlərdə iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin kənd təsərrüfatı sahəsində potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün hökumət tərəfdən intensiv tədbirlər görülməsi tövsiyyə edilmişdir.

 Azərbaycan hökuməti həmçinin kənd təsərrüfatı sektorunun möhkəmləndirilməsi üçün imtiyazlar tətbiq etmişdir. Onların sırasında idxalın əvəzlənməsi, vergidən azad olunma, eləcə də fermerlərin kənd təsərrüfatı texnikası, pesfizid və gübrələrə təmin etmək üçünsubsidiyaların veriləməsi və s. Imtiyazları qeyd etmək olar.

  Son 20 ildə güclü iqtisadi artım və sosial transformasiya Azərbaycanı orta səviyyədən yüksək gəlirlilik səviyyəsinə malik ölkəyə çevirmişdir. Əvvəllər daha çox neft və qaz hasilatından asılı olduğu üçün Azərbaycan iqtisadiyyatının kövrək olması qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına və şaxələndirilməsinə təkan vermişdir. Buna görə də hökumət öz səylərini ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirməyə, iqtisadi sabitliyi təmin etmək üçün məhsuldarlığı artırmağa və qabaqcıl texnologiyanın tətbiqinə yönəldir. Hazırda ölkəmizin hədəfi müvafiq sərmayələrin qoyulması sayəsində cəmiyyətin bütün təbəqələri üçün səmərəli ola biləcək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

  Müsahibədə həmçinin qeyd edilmişdir ki, Azərbaycan düz 30 ildir ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsindən və qonşu ölkə Ermənistan ilə düşmən münasibətlərindən qaynaqlanan siyasi problemlərdən əziyyət çəkib. Bu işğal əhalimizin həyatına böyük təsir göstərmiş, insanlar müharibədən əziyyət çəkmiş, öz doğma torpaqlarını və evlərini tərk etməyə məcbur olmuş, əzizlərini, əmlaklarını və gəlir yerlərini itirmişlər. Onlar köçkün kimi ölkənin müxtəlif rayonlarında səpələnərək son dərəcə ağır şəraitdə yaşamağa məcbur olmuşlar. Hökumət təxminən bir milyon məcburi köçkünə köməklik göstərsə də, bu vəziyyət iqtisadiyyat üçün əhəmiyyətli bir yük yaradıb və cəmiyyət üçün davamlı stres mənbəyinə çevrilmişdir.

  Ötən 6 aylığın yekunlarına nəzər saldıqda bütün sahələr üzrə irəliləyişlərin olduğu açıq-aydın görünür.Çünki Ulu Öndər tərəfindən əsası qoyulmuş qüdrətli Azərbaycanın daxili və xarici siyasəti çox etibarlı əllərdədir. Xalq ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimizə güvənir və inanır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər