15 avqust 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və şəhər 5 saylı körpələr evi – uşaq bağçasının birgə təşkilatçılığı ilə “İdeoloji maarifləndirmə konsepsiyası” əsasında “Xalqın vahidliyi” mövzusunda tədbir keçirilib.
Tədbir Şəhər körpələr evi uşaq bağçalarının təbliğat qrupunun üzvlərinin iştirakı ilə baş tutub. İlk öncə ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçmiş vətən oğullarının, soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyevarespublikamızda yaşayan bütün millətlərin ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında vahid xalq kimi birliyinin möhkəmliyindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyindən danışaraq bildirdi ki, tarixən torpaqlarımız yadellilərin işğalına məruz qalmış, həmin işğallar zamanı saysız-hesabsız maddi mədəniyyət nümunələrimiz dağıdılmış, məhv edilmiş, əzəli və əbədi torpaqlarımız düşmən tapdağı altında qalmışdır. Lakin 44 günlük müharibə zamanı xalqımız birlik göstərərək, cənab prezidentimizin ətrafında sıx birləşərək 30 illik həsrətə son qoydu və bu Qələbə vahidliyimizin, birliyimizin ən bariz nümunəsinə çevrildi.
Daha sonra çıxış edən Ağcabədi şəhər 5 saylı körpələr evi uşaq bağçasının müdiri Gülşən Həsənovaxalqın vahidliyi, bu birliyin müxtəlif aspektlərdə təbliğ olunmasının əhəmiyyəti haqqında ətraflı məlumat verib. Tədbir müzakirələr şəklində davam edib.