Ata Korqalidze ilə oğul Korqalidze niyə İmişliyə gələ bilməmişdi?
Yeni mövsüm öncəsi “Sumqayıt” klubunda legioner futbolçu oynadılmasına icazə verilməsi gələn “futbol ili”ndə elitada legionersiz klub olmayacağı anlamına gəlirdi. Artıq Kabo Verde yığmasının sabiq üzvü Steven Pereyra cari mövsümdə debüt etməklə Sumqayıtın eyniadlı komandasının ilk legioneri kimi klub tarixindəki yerini almaqdadır. Hərçənd “kimyaçılar” milliləşdirilmiş və ya milliləşdirilmək ehtimalı olan əcnəbiləri heyətinə qatmaqla çoxdan özünün yerli oyunçu oynatmaq strategiyasını pozurdu. O başqa məsələ ki, əcnəbilərin gəlişi çempionatımıza əlavə rəng qatır. Hansı ki, onların hesabına milli birincilikdə müəyyən irəliləyiş olduğu danılmaz faktdır. “Qarabağ”ın ardıcıl 8 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanması da yerlilərdən çox gəlmələrin xidmətinin nəticəsidir. Digər təmsilçilərimiz üçün isə avrokubokların ilkin mərhələləri keçilməz sayılmır. Makedoniya, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və bir sıra Afrika millilərinin düşərgəsinə Azərbaycanda çıxış edən futbolçular dəvət alır…
Halbuki ilk milli çempionatlarda ümumiyyətlə əcnəbi futbolçuların xidmətindən yararlanılmırdı. 2004-cü ildə dövlətin futbola marağının artmasının ardından klublarımıza legioner axını başladı ki, onda da ölkəmizdə top qovan yabancı futbolçuların səviyyəsi o qədər də yüksək deyildi.
Bəs Azərbaycan çempionatları tarixində ilk legioner kim olub? Çığıraçan haqda nə bilirik?
Azərbaycanın futbol üzrə milli çempionatı 1992-ci ildən keçirilsə də, ölkəmizdə ilk legioner futbolçu 1995-ci ildə çıxış etmişdi. Birinci dəfə ölkəmizin ən köklü klubu “Neftçi” legionerlə müqavilə imzalamışdı. Otar Korqalidze Azərbaycan futbolunun tarixinə düşsə də, bəlkə də əksəriyyət onu tanımır. Çünki Bakı macərası çox az çəkmişdi. Gürcüstanda isə o, kifayət qədər tanınmış simadır. Həm futbolçu, həm də məşqçi kimi. Təkcə qeyd etdiyimiz fakta görə Korqalidze haqda daha geniş bəhs etməyə dəyər.
“Qızıl buts”un əsl sahibi
1960-cı ildə Tiflisdə doğulan Otar karyerasına hücumçu kimi başlayıb. Hələ keçmiş SSRİ çempionatında çıxışları ilə yadda qalıb. Əvvəlcə aşağı dəstələrdə yarışan Lançxuti “Quriya”sında, Tiflis “Lokomotiv”ində və Kutaisi “Torpedo”sunda təcrübə toplayıb. 1987-ci ildə “Dinamo”ya qayıdıb və SSRİ çempionatının güclülər dəstəsində oynayıb. 4 qol vursa da, növbəti il yenidən Lançxutiyə göndərilib. Belə ki, yerli “Quriya” Eduard Şevernadzenin dəstəyi sayəsində iddialı kluba çevrilib. Sovet İttifaqı dağılanadək bu klubda çıxış edib. Korqalidze SSRİ-nin güclülər dəstəsində 141 oyun keçirib, 22 qol vurub. Birinci dəstədə isə 99 görüşdə 32 dəfə fərqlənib. 1990-cı ildə Gürcüstan millisinin tarixində birinci oyunda – Litvaya qarşı (2:2) meydana çıxıb. Müstəqillik əldə edən ölkəsinin ilk çempioantlarında inanılmaz məhsuldarlıq göstərməyə başlayıb. Hətta 1992-ci ildə çempionatda 40 top vurub! Bu həmin mövsüm Avropa rekordu olub. Amma onda qərbli statistiklər Gürcüstan birinciliyində vurulan qolları nəzərə almadığından (həmçinin Azərbaycan və Ermənistan çempionatlarının qolçularının nəticələrini 1995-ci ilədək qeydə alınmayıb) “qızıl buts” Korqalidzeyə deyil, şotland Alen Makkoysta verilib. Bununla belə artıq yaşlanmasına rəğmən onun superqolçuluğu Avropa skautlarının diqqətindən kənarda qalmayıb. 1993-cü ildə “Zaltsburq”a transfer olunub. “Viner Şportklub”dada oynayıb. 1995-ci ildə Tiflis “Dinamo”suna geridönüb.
Azərbaycanda qol vuran ilk əcnəbi
Elə həmin il “Neftçi” rəhbərliyi onu Bakıya dəvət edib. Otarı hələ SSRİ çempionatlarından “Neftçi”də yaxşıtanıyırdılar. Bakılıların qapısına az qol vurmamışdı. “Neftçi”də çox az oynamasına rəğmən milliçempionatlar tarixində qol vuran ilk legioner adı daona məxsusdur. Milli birinciliyimizdə iki qolunmüəllifidir.
“Neftçi”dən ayrıldıqdan sonra Estoniya “Flora”sındatop qovan gürcü futbolçu karyerasının son illərini isəölkəsində keçirməklə yadda qalmışdı. Məşqçi kimifəaliyyəti də Gürcüstanla bağlı olan OtarKorqalidzenin ən böyük uğuru Rustavi “Olimpi”si iləölkə çempionu adını qazanmasıdır.
Həmin vaxt “Neftçi”nin baş məşqçisi olmuş Vaqif Sadıqov Korqalidzenin dəvət olunmasını belə xatırlayır:
“Biz onunla yaşıl meydanda rəqib olmuşduq. “Neftçi”də oynadığım dönəmlərdə Otar “Quriya”da (Lançxuti, Gürcüstan – red.), “Dinamo”da (Tbilisi, Gürcüstan – red.) çıxış edirdi. Onu o vaxtdan tanıyırdım. Klubda orta xətdə təcrübəli futbolçunun dəvət edilməsi məsələsi gündəmə gəldi. Əslində, bizdə yarımmüdafiədə yetərincə yüksək səviyyəli futbolçular vardı. Sadəcə, onların əksəriyyəri gənclər idi. Çox götür-qoy etdikdən sonra belə qərar qəbul etdik ki, “Neftçi”nin heyətinə ilk legioner futbolçunu dəvət edək. Klubun prezidenti ilə söhbətdən sonra seçimimiz Otarın üzərində dayandı. Korqalidzenin transferinin reallaşmasında gürcü futbolunun əfsanəsi Aleksandr Çivadzenin rolu oldu. Çivadze onun Bakıya gəlməsi üçün çox səy göstərdi. Həmin hadisələr gözümün qabağından gəlib-keçir, sonradan onun “Neftçi”yə çox faydası dəydi. Biz kollektivdə gənclərlə təcrübəli futbolçuların sintezini yaratmaq istəyirdik. Gürcü futbolçunun transferinin reallaşması ilə buna nail olduq. Xüsusən də kubok matçlarında o, özünü çox yaxşı tərəfdən göstərdi. Yadımdadır, ölkə kubokunun yarımfinalında “Xəzri”(Buzovna) ilə görüşdə həlliedici qolu Otar vurdu. Finalda qalib gəlməmizdə də böyük pay sahibi oldu”.
Təcrübəli mütəxəssis mövsümün sonunda Korqalidzenin Bakını tərk etməsini belə izah edir: “Göstərdiyi oyunu, komandaya faydalı olmasını, tez bir zamanda kollektivə uyğunlaşmasını nəzərə alıb Otarla müqavilənin müddətini uzatmaq istəyirdiik. O, həm idmançı, həm də insan kimi çox əla keyfiyyətlərə malik idi. Biz ona təklif irəli sürdük, lakin təəssüflər olsun ki, Korqalidze getmək istədiyini bildirdi. Və bu qərarı karyarasını məşqçi kimi davam etdirmək istəyi ilə izah etdi. Təbii ki, biz onun qərarına hörmətlə yanaşdıq. Az bir müddət (6 ay – red.) “Neftçi”də olmasına baxmayaraq, bizə hərtərəfli xeyri dəydi. Gənc futbolçularmız ondan çox şey öyrəndi. Düşünürəm ki, “Neftçi”nin ilk legioneri adını doğrultdu. Onun kimi futbolçu ilə işlədiyim üçün çox şadam. Mən əsl peşəkar futbolçu və gözəl insanla çalışdım”.
“Neftçi”dən daim uğur gözlənildiyini gördüm”
“Neftçi”yə və ümumiyyətlə ölkəmizə gələn ilk legionerolan Otar Korqalidze haqqında Vaqif Sadıqovun xoş sözlərindən sonra, onun özü ilə danışmamaq günah olardı. Bakıdan zəng vurduğumuzu eşidəndə əvvəlcə inana bilmədi: “Bakıdan zəng vurursunuz, anladım, ancaq nə üçün məni aradığınız çox maraqlıdır!”.
Korqalidzeyə onun “Neftçi”nin ilk legioneri olması ilə bağlı məlumat almaq istəyimizi çatdırdıq və o, söhbətə başladı: “Dəqiq yadımda deyil, neçənci il idi (1995-ci il – red.). Amma maraqlı keçid oldu. Mən “Neftçi”yə yollanmazdan bir müddət əvvəl “Birlik Kuboku” turnirində iştirak edirdim. “Dinamo” Tbilisinin heyətində yaşımın çox olmasına (35 yaş – red.) baxmayaraq, uğurla çıxış etdim. Orada məni sizin klubun nümayəndələri görüblər. Ümumiyyətlə, həmin yarışdan sonra futbolla vidalaşmaq fikrim vardı. Ancaq “Neftçi”dən gələn təklif məni bu fikrimdən daşındırdı. Klub prezidenti özü şəxsən mənimlə əlaqə saxladı və Bakıya gəlməyimi istədi. Komandaya qoşulanda ikinci dövrənin görüşləri start götürürdü. Klubun maliyyə durumu da pis deyildi. Mən orada az oynadım – cəmi 4-5 ay. Sonra Bakını tərk etdim. Açığı, maaşla bağlı problem yaşadım. Gənc yaşlarında deyildim ki, pulsuz oynayaydım. Artıq elə bir yaşa gəlmişdim, sabahı fikirləşmək lazım gəlirdi. Ona görə də qalmaqda zərurət görmədim və evə döndüm”.
İmişliyə gəlməyən ata, bəyənilməyən oğul
Otar Korqalidzenin baş məşqçi kimi Azərbaycana ikidəfə gəlmək imkanı olsa da, bu keçidlər alınmayıb. 2001-ci ildə “Neftçi”nin baş məşqçisi postunda OqtayAbdullayevi əvəzləməsi gözlənilən Korqalidze həmBakı klubunun, həm də bundan bir neçə il sonra İqorNakoneçninin əvəzləyicisi kimi ona təklif göndərənİmişli “MKT-Araz”-nın təklifindən imtina etmişdi. Yerigəlmişkən, Otar Korqalidzenin özü kimi oğlunun daAzərbaycana gəlişi gündəmdə olmuşdu. HazırdaTbilisi “Lokomativ”ində baş məşqçi kimi çalışanLevan Korqalidze futbolçu karyerasını davam etdirdiyidönəmdə “Bakı” klubunda baxışda olsa da, paytaxtıneyniadlı klubunun baş məşqçisi Əsgər Abdullayevtərəfindən bəyənilməmişdi. Bundan bir il sonra isə”MKT Araz”da İqor Nakoneçninin etimadını qazanabilməmiş və Azərbaycana gələn yolu bağlanmışdı.
Tural Məmmədov