Günümüzdə qadınlar

XXI Əsr də dünyanın müxtəlif ölkələrindən müxtəlif fikirlər, ideyalar, lahiyələr hazırlanır: Marsda həyat yaratmaq, Virtual Dünya yaratmaq, Robotlar, evimizin ağıllı ev alətləri ilə idarə olunması, hologram televiziyaların yaranması və s. Lakin belə bir dünyada qadın hüquqları hələ də qlobal problermlərdən biri olaraq qalır və təəssüf ki, bu halların yaşandığı ölkələr siyahısında Azəbaycan da var. Bir çox dərnəklərin “Qadın hüquq bərabərliyinin” qorunması üçün apardıqları yüzlərlə tədbirlərə, lahiyələrə baxmayaraq ucqar kəndlərimizin “ öz adətləri və inancları” ilə davranmaları bu halların yaranmasına başlıca səbəbdir. Halbuki, möhtəşəm tariximizə adlarını qızıl hərflərlə yazdıran əfsanə qəhrəmanlarımız, siyasətçilərimiz, sənətçilərimiz, şairlərimiz olmuşdur. Oğlu üçün savaşa atılan Tomris, düşüncəli siyasəti ilə qardaşıqardaşa savaşdırmayan Sara Xatun, görkəmli xanımşairlərimiz Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Azərbaycanda ilk aktrisalığa addım atan qadın Gövhər Qazıyeva və digərləri…

   Məşhur alman şairi Henrix Heynenin “ Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər.” sözlərini fikrimizə sitat gətirə bilərik.

  Bu gün öz ayaqları üstündə durmağı bacaran, bir çox yarqılayıcı fikirləri geridə buraxaraq özünün və xalqınıngələcəyi üçün çalışan qadınlarımız mövcuddur. Lakin bununla yanaşı, bir çox problemlər də qalmaqdadır. Qadınların yalnız ev işləri və uşaqlarının tərbiyəsi ilə məşğul olan məxluq sayılması, “gəlin-qaynana” münasibətləri, ailələrdə qadınların işləməsinə imkan verilməməsi, qadına şiddət, cinayət və bu kimi çoxlu hallarla tez-tez rastlaşarıq. Bunlar hal-hazırda cəmiyyət içində yaşanan və tez-tez təkrarlanan, lakin çoxumuzun görməzdən gəldiyi hadisələrdir. Kimimiz sadəcəsəhlənkarlığımızdan, kimimiz nədənsə çəkindiyimizdən susmağı üstün bilirik. Amma  bunlara son qoymaq, qadınlarımızın haqqını müdafiə etmək, bərabərsizliyi aradan qaldırmaq lazımdır. Bu baxımdan qəzetdə qadınlarla bağlı belə bir rubrikanın açılması,maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir.İnanıram ki, görkəmli ziyalı, maarifpərvər,xeyriyyəçi xanım Həmidə Məmmədquluzadənin adı ilə bağlı olan “Həmidə” qadınlar klubu öhdəsinə götürdüyü missiyanı layiqincə yerinə yetirəcək.

                                                                          FəridəALLAHVERDİYEVA

Ağcabədi şəhər 5 saylı tam orta məktəbinin direktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com