5.6 C
Aghjabadi

İşğaldan azad edilmiş ərazilərimiz böyük iqtisadi potensiala malikdir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləriAzərbaycanın dilbər guşələrindəndir. Bu rayonlar çoxşaxəli və əlverişli iqtisadi resurslarla zəngindir. Xüsusilə, ərazilərin aqrar üstünlüyü xammal bazası və emaledici sənaye istehsalı istiqamətində geniş imkanlar yaradır. 

Bölgədə böyük ölçüdə kənd təsərrüfatına yararlı torpaqların mövcudluğu və şirin su ehtiyatlarımızın yarıyadək hissəsinin bu ərazilərin payına düşməsi işğaldan azad olunmuş torpaqlarda aqrar sahənin inkişafı üçün əsas amillərdəndir.

Regionun təbii-iqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirməyə imkan yaradır.

İşğaldan öncə həmin ərazilərdə yerləşən rayonlarda taxılçılıq, üzümçülük, və heyvandarlıq  sahələri yaxşı inkişaf etmiş və həmin rayonlar ölkənin kənd təsərrüfatı məhsulları istehsalında önəmli xüsusi çəkiyə malik olmuşdur. Bunula yanaşı regionda kartof istehsalı, tütünçülük, tərəvəzçilik və baramaçılıq da inkişaf etmiş sahələrdən idi.

Ərazilərimizin uzun zaman Ermənistan işğalı altında qalması, həmin torpaqların  iqtisadi səmərəsindən istifadə etməyə imkan vermirdi. Bununla yanaşı torpaqlar hərbi tullantılar və su mənbələri zəhərli-kimyəvi maddlər ilə çirkləndirilmiş,  meşə fondu və yeraltı sərvətlər acgözlüklə talan edilmişdir.

Torpaqlarımız işğaldan azad edilən kimi əsl sahibləri tərəfindən kənd təsərrüfatına yararlı torpaqların bir hissəsi əkin dövriyyəsinə cəlb edilmiş, minalardan təmizlənərək təhlükəsizliyi təmin edilən örüş-otlaq sahələrinin heyvandarlıq məqsədləri üçün istifadəsinə başlanılmışdır. Təəssüf ki, azad olunmuş torpaqlarımızın mövcud iqtisadi potensialından tam və səmərəli istifadəni qısa müddətdə təmin etmək mümkün deyildir.

Bunun üçün ilk öncə bərpa mərhələsi sona çatdırılmalı və kənd təsərrüfatının inkişafı üçün zəruri infrastruktur yaradılmalıdır.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinin  qarşısında qoyulan vəzifələr uğurla icra edilir.

Azərbaycan Respublikasının müəyyən etdiyi aqrar siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində işğaldan azad olunmuş rayonlar Azərbaycan iqtisadiyyatında layiqli yerini tutacaq və ölkəmizin sosial-iqtisadi inkişafına güclü təkan verəcəkdir.

Akif Əliyev

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı 

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər