Şuşa haraylı jurnalist

Təranə Muxtarova 25 sentyabr 1955-ci ildə Ağcabədi rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi “Şuşa” qəzetində müxbir kimi başlayan T. Muxtarova Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olub. 1996-cı ildə “Respublika” qəzetində müxbir vəzifəsində çalışıb. Həssas,vətəni canı qədər sevən Təranə xanım torpaqlarımızın işğalını heç cür qəbul edə bilmirdi və bu, onun səhhətinə də ciddi zərbə vururdu. Şuşa həsrəti, Şuşa nisgili onu günbəgün daha çox üzürdü. İstedadlı jurnalist təsəllini qələmə sarılmaqda tapır. 1996-cı ildə onun “Şuşa harayı” adlı kitabı işıq üzü görür. Kitabın respublika səviyyəsində geniş təqdimatı keçirilir.

Lakin müharibənin sarsıntıları Təranə xanıma daha çox fəaliyyət göstərməyə, bu həqiqətləri daha çox açıb göstərməyəimkan imkan vermir. Getdikcə əsəbləri pozulan həssas qəlbli, gözəl qələm sahibi  2007-ci ildə  52 yaşında dünyasını dəyişir. Şuşanın azad olunmasını görmək ona qismət olmasa da, inanırıq ki, bir vaxtlar Şuşa harayını  dünyaya çatdırmaq istəyən dəyərli jurnalistimizin ruhu indi şaddır.

Qeyd edim ki, Təranə Muxtarova 1989-cu ildə layiq görüldüyü Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biri idi. 1996-cı ildə isə Xan qızı Natəvan adına mükafata layiq görülmüşdü.

Növbəti saylarımızdan birində Təranə xanım haqqında daha geniş yazımız olacaqdır. Lakin istədik ki, “Həmidə” qadınlar klubunda  Ağcabədimizin tanınmış qadınları ilə bağlı qısa yazıların verilməsi ənənəsinə sadiq qalaraq həmyerlimizlə bağlı ilk olaraq kiçik məlumat verək.                                                        

 Məhsəti Musa

Əvvəlki məqaləGünümüzdə qadınlar
Növbəti məqalədəBir çox qadınlar adından

Xəbər lenti

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Şəhid Orxan Əsgərov dəfn edilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir. “Report” xəbər...

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Dünyanın ən çox ziyarət olunan saytları məlum olub

Aran xəbər verir ki, "Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən saytları açıqlanıb. Birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən...

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı...

Soyuq havaya baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx doqquz...

Ağcabədidə sahibsiz itlər şəxsi təsərrüfata hücum edib

Aran xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib. Belə ki, ötən gün axşam saatlarında kənd sakini Ziyad Səfərovun həyatyanı sahəsinə...

Şərhlər