5.6 C
Aghjabadi

Kənd təsərrüfatı sahəsində ölkəmiz uğurlarını davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın regionlarımıza hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibə demək olar ki bir çox məsələlərə aydınlıq gətirmiş oldu. Ölkəmizin region üçün hansı əhəmiyyət kəsb etdiyini, həmçinin dünya iqtisadiyyatına verdiyi töhfələr bizim doğru yolda olduğumuzun göstəricisi kimi səciyyələndirilməlidir. Bu gün pandemiyadan sonra dünya iqtisadiyyatında gedən böhran, eləcədə regionda baş verən siyasi və hərbi münaqişələr təbii ki, ölkəmizdən də yan keçməmişdir. Bütün bu çətinliklərdə daha dayanıqlı olmamız üçün ilk növbədə ölkə ərazisində qeyri-neft sektorunun inkişaf etdirilməsi daha vacib məsələlərdən biri olmalıdır. Bu baxımdan regionların inkişafı və kənd təsərrüfatı sayəsində qarşıya qoyulmuş məqsədlərə maksimum dərəcədə çatmaq,iri layihələrin hazırlanması, ölkə iqtisadiyyatını mövcud problemlərdən sığortalamaq başlıca məqsəd kimi hamılıqla, bütövlükdə hər bir vətəndaşın əsas vəzifələrindən biri olmalıdır.
Müstəqillik dövründə ölkəmizin aqrar sahədə əldə edilən təcrübələrinin işğaldan azad edilmiş rayonlara transfer edilməsi, orada sahibkarlıq fəaliyyətlərinin təşviq olunması üçün xüsusi dəstəkləmə proqramlarının həyata keçirilməsi, heyvandarlıq və bitkiçilik sahəsində zəruri infrasturktur qurulması kimi məsələlər prioritet əhəmiyyətə malikdir.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin iri və xırdabuynuzlu heyvanlarla təmin olunması, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı baxımından atılacaq addımlardır. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq.
Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, erməni faşistlərinin həmin ərazilərə vurduğu ciddi ziyan tədricən aradan qaldırılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Azad edilmiş bütün ərazilərdə quruculuq-abadlıq işləri sürətlə aparılır.
Aqrar sahənin inkişafı üçün texniki avadanlıqlar olduqca vacibdir. Kənd təsərrüfatı texnikalarının endirimli satışının maliyyələşdirilməsi, əkin işləri üçün hazırda pambıqçılıqda tətbiq olunan Müqaviləli istehsal modelinin tətbiqi müasir və ağıllı texnologiyalarından istifadə imkanlarını genişləndirmək kimi tədbirlər dövlətin diqqət mərkəzində olacaq
Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.


Nəriman Orucov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər