Vətən müharibəsi iştirakçısı dəfn olundu

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi iştirakçısı Elşən Həsənov avqusutun 15-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun nəşi avqustun 19-da doğulduğu Qiyamadınlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən rayon rəhbəri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 30 ildən sonra işğal altında olan torpaqlarımız azad etdi. R.Hüseynov vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçənlər heç zaman unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqdır. Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı E.Həsənovun atasına təqdim edilib
Qeyd edək ki, E. Həsənov II Qarabağ Müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elşən Həsənov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər