“İnkişafa Mərkəzdən Başla”

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənc könüllülər üçün “İnkişafa Mərkəzdən Başla” layihəsi çərçivəsində silsilə olaraq 5 günlük təlim proqramı baş tutub

Təlimin ilk günü ilk mövzu “Analitik təfəkkür və yaradıcı düşüncə” olub. Təlimçi Ləman Zeynalova tərəfindən gənclərə: analitik təfəkkür nədir?, analitik təfəkkürün növləri hansılardır?, yaradıcı düşüncə nədir?, mövzuları haqqında məlumat verilib.

Təlimin ikinci günü “Ünsiyyət bacarıqları təlimi” olub. Təlimçi Ləman Zeynalova tərəfindən gənclərə: ünsiyyət nədir?, ünsiyyət formaları hansılardır?, məişət üslub nədir?, publisistik üslub nədir?, mövzuları haqqında məlumat verilib.

Təlimin üçüncü günü “Komanda işi” mövzusu olub. Təlimçi Şahin Qarakişiyev tərəfindən gənclərə: komanda işinin əhəmiyyəti, komandaların xüsusiyyətləri, sinerji və ondan istifadə qaydaları haqqında məllumat verilib.

Təlimin dördüncü günü “Problem həll etmə bacarığı” olub. Təlimçi Kənan Səmədov tərəfindən təlim zamanı gənclərə: problemin düzgün müəyyənləşdirilməsi üsulları, problemlərin həlli yollarının axtarılması, problemlərin əsaslı həlli və davamlı işin təmin olunması üçün münaqişələrin idarə olunması, problemlərin qarşılıqlı anlaşma yolu ilə həll qaydaları haqqında məlumat verilib.

Təlimin sonuncu günü “Zamanın idarə olunması” mövzusu olub. Təlimçi Aytac Abdullayeva tərəfindən təlim zamanı gənclərə: zaman nədir?, məqsəd və hədəflərin müəyyənlləşməsi, zamanı idarə etmək və uzunmüddətli planların tərtibi haqqında məlumat verilib.

Hər bir təlim zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb. Təlimlər zamanı gənclər praktiki sessiyada öyrəndiklərini komanada işi formasında tətbiq ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər