Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsinin və düzgün diaqnoz qoyulmasının nə kimi müsbət təsirləri var?

Xəstəliklə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, qanazlığı problemi ilə bağlı daha çox qadın və uşaqlar həkimə müraciət edir.

Həkim-terapevt qeyd etdi ki, qan azlığının esas göstericisi qanda hemoqlobinin aşağı düşmesidir:

“Hemoqlobin qan hüceyrələri olan eritrositlərinin tərkibində olan xüsusi zülal elementidir. Hemoqlobin orqanizmdə “taksi” funksiyasını yerinə yetirərək həyat fəaliyyəti üçün vacib olan oksigeni orqan və toxumalarda çatdırır. Hemoqlobinin strukturuna dəmir atomları daxildir və mühüm rol oynayır. Məhz bu dəmir atomları qana spesifik qırmızı rəngi verir.

Orqanizmdə dəmir elementinin çatışmazlığı zamanı qanazlığı xəstəliyi inkişaf edir. Qanazlığının əsas əlamətlərindən biri dəri və selikli qişaların rənginin solğun olması və baş gicəllənməsidir. Qanazlığını təyin etmək üçün məhz bu əlamətlərə əsaslanırlar. Güzgünün qarşısında dayanıb aşağı göz qapağını bir qədər aşağı çəkin. Normalda onun rəngi parlaq-çəhrayı olmalıdır. Lakin qanazlığı zamanı onun rəngi solğun-çəhrayı və hətta sarımtıl ola bilir. Əgər sizdə bu əlamət varsa, vaxt itirmədən mütləq həkimə müraciət edin. Qanazlığı çox təhlükəli xəstəlikdir və bütün orqanizmin fəaliyyətinə mənfi təsir edərək həyatınız üçün təhlükə yarada bilər. Məsələn, baş gicəllənməsindən yıxıla və ciddi xəsarət ala bilərsiz”.

Həkim-terapevt bildirdi ki, ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür. Bu, bəd xassəli qan xəstəlikləri və qanın bəd xassəli olmayan digər xəstəlikləridir:

“Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və sair aid edilir. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yarananlara da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.

Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır. Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır. Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda “depo dəmiri” deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələr dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar. Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır”.

Nərminə xanım deyir ki, anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi, bəd xassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin qanda olub-olmadığı müəyyən edilir. Həkimin sözlərinə görə, həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların, xüsusilə də dalağın və sümük iliyinin müayinəsi aparılmalıdır.

Bəd xassəli qan xəstəliklərinin əlamətlərinə gəlincə, həkim bildirdi ki, bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.

Həkim-terapevt deyir ki, əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır:

“Amma qanazlığının profilaktikasından danışırıqsa, bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir. Qanazlığı xəstələri qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzlərinə, qidalanmalarına fikir verməlidirlər. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər”.

Mütəxəssis xüsusi olaraq vurğuladı ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər:

“Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır”.

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər