5.6 C
Aghjabadi

Rayonda magistral yolların təmiri diqqət mərkəzindədir

            Rayonda yol tikintisi və təmiri işlərinin vəziyyəti ilə maraqlandıq. Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 41 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüsal Behbudova müraciət etdik. Onunla söhbətimiz məsələyə müəyyən aydınlıq gətirdi.

            Onun sözlərinə görə adıçəkilən müəssisə rayon ərazisində yerləşən 99 kilometr respublika, 171 kilometr yerli əhəmiyyətli avtomobil yollarına xidmət göstərir.  Həmin yolların 180 kilometri asfalt-beton, 38 kilometri asfalt və 23 kilometri isə çınqılla örtülüb. Yollarda 19 ədəd keçid körpüsünə də qulluq göstərilir. Müəssisə direktorunun dediyi kimi, bölgə ərazisindəki  magistral avtomobil yollarının dağılmış hissələri müntəzəm olaraq asfaltlanır. Bu məqsədlə cari təmir işləri həyata keçirilir.

            Bərdə- Ağcabədi magistral yolunda görülmüş təmir işləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, rayonunun müxtəlif ərazilərində  inşa edilmiş şəhid bulaq komplekslərinin ətrafı asfaltlanması daim diqqət mərkəzində saxlanılır. Rayonun İmamqulubəyli kəndində, Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə həsr olunmuş bulaq komplekslərinin ətrafını asfaltla örtülməsi artıq başa çatdırılıb. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

Söhbət zamanı Vüsal Behbudov onu da əlavə edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq layihəsi əsasında idarə tərəfindən rayonun Muğanlı kəndi ərazisində kəndarası 2,2 kilometr hissəsində asfalt örtük salınması həyata keçirilir. Sözügedən yolun 800 metrlik hissəsində işlər başa çatdırılıb. Yolun qalan hissəsinə isə bu yaxınlarda asfalt örtük salınacaq.

            Bölgə ərazisində mövcud yollarda yaranmış çala-çuxurların  təmir olunması üçün əlavə tədbirlər görülür.  V. Behbudov sonra bildirib ki, görülən işlərin həyata keçirilməsində kollektiv  üzvlərindən yol ustası Abbas Məmmədov, iş icraçısı Yusif Həsənov, avtoqreyderçilər Nadir Cəfərov, Elməddin Quliyev , yol fəhlələri Səyyaf Məmmədov, Əmrah Məmmədov, sürücülərdən Xəqani Cəfərov, Süleyman Hüseynov və başqaları xüsusi ilə fərqlənirlər.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər