Rusiyadan Azərbaycana pul göndərilməsi üçün – YENİ ÜSUL AÇIQLANDI – ÜNVANLAR

«Azərpoçt» Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib.

Aranqazeti.az saytı FED.aza istinadən xəbər verir ki, «Azərpoçt» MMC ilə «Azərbaycan Beynəlxalq Bankı – Moskva» MMC-nin (ABB–Moskva) dəstəyi ilə Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.

Yeni üsula əsasən, Rusiyadan Azərbaycana pulları «Granat» pulköçürmə sistemi vasitəsilə göndərmək mümeündür. Bu sistem «Azərpoçt»da tətbiq edilib və yerli vətəndaşlar Rusiyadan Azərbaycana köçürülən pulları respublika ərazisindəki poçt şöbələrindən ala biləcəklər.

İlkin mərhələdə «Granat» pulköçürmə sistemi vasitəsilə Rusiyadan göndərilən pulları Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə rayon mərkəzlərində fəaliyyət göstərən poçt mərkəzlərində almaq mümkün olacaq. Digər poçt şöbələrinin də bura daxil edilməsi tələbatdan asılı olacaq.

«Granat” pulköçürmə sistemi Rusiyada əlçatandır: Rusiya ərazisində yerləşən «ABB – Moskva» məntəqələri və «Granat» mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul göndəmək mümkündür.

Bununla yanaşı, qaydalara görə, Rusiiyadan göndərilən pulu yalnız manat formasında almaq mümkün olacaq. «Granat» pulköçürmə sisteminin saytında pulların rublla göndərilməsi və digər tərəfdən rubl, dollar, avro və manatda almaq imkanının olması göstərilsə də , «Azərpoçt»dan FED.az-a bildirilib ki, Azərbaycan tərəfində yalnız manatla ödəniş ediləcək.

Yeni üsulla Rasiyadan göndərilən vəsaitləri bu poçt məntəqələrində almaq mümkündür:

 Poçt şöbəsi     Şəhər

 AZ1000             Bakı

AZ1017             Bakı

AZ1002             Bakı

AZ1044             Bakı

AZ 0100            Abşeron

AZ 0200            Ağdam

AZ 0300            Ağdaş

AZ 0400            Ağcabədi

AZ 0500            Ağstafa

AZ 0600            Ağsu

AZ 0700            Astara

AZ 0800            Balakən

AZ 0900            Bərdə

AZ 1200            Beyləqan

AZ 1300            Biləsuvar

AZ 1400            Cəbrayıl

AZ 1500            Cəlilabad

AZ 1600            Daşkəsən

AZ 1700           Şabran

AZ 1800           Şirvan

AZ 1900           Fizuli

AZ 2000           Gəncə

AZ 2100           Gədəbəy

AZ 2200           Goranboy

AZ 2300           Göyçay

AZ 2400           Hacıqabul

AZ 2500           Göy – göl

AZ 2700           Xaçmaz

AZ 2800           Xocavənd

AZ 3000           İmişli

AZ 3100           İsmayıllı

AZ 3300           Kürdəmir

AZ 3400           Qax

AZ 3500           Qazax

AZ 3600          Qəbələ

AZ 3700          Qobustan

AZ 3800          Qusar

AZ 4000          Quba

AZ 4200          Lənkəran

AZ 4300          Lerik

AZ 4400          Masallı

AZ 4500          Mingəçevir

AZ 4600          Naftalan

AZ 4700          Neftçala

AZ 4800          Oğuz

AZ 4900          Saatlı

AZ 5000          Sumqayıt

AZ 5100          Samux

AZ 5200          Salyan

AZ 5300          Siyəzən

AZ 5400          Sabirabad

AZ 5500          Şəki

AZ 5600          Şamaxı

AZ 5700          Şəmkir

AZ 5900          Tər-tər

AZ 6000          Tovuz

AZ 6100          Ucar

AZ 6200          Zaqatala

AZ 6300          Zərdab

AZ 6500          Yardımlı

AZ 6600          Yevlax

AZ 8000           Xızı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər