5.6 C
Aghjabadi

Uşaqlarla davranışda etdiyimiz səhvlər

Qadın deyərkən gözümüz önünə ilk olaraq analar gəlir. Uşağın tərbiyəsində, gələcək üçün istiqamətlənməsində anaların xidmətinin böyüklüyü əlbəttə danışmaqla bitən deyil. . Ömrünün sonunadək övladının üzərində nəzarətçi olan, onunla körpə kimi rəftar edən analarımızın bu duyğusu,sevgisi ölçüyəgəlməzdir. Amma bəzən onlar qayğılarını,uşaq üçün narahatlıqlarını elə təqdim edirlər ki, bu,uşağın yaddaşında sevgi yox, zədə kimi qalır. Bununla bağlı əslən Ağcabədidən olan, hazırda Azərbaycan Dillər Universitetində müəllim işləyən Kəmalə Yusifovanın gündəlik həyatdan qeydə aldığı maraqlı məqamları təqdim etmək istərdik. Öz həyatından da nümunələr gətirən Kəmalə xanımın səmimi qeydlərində əminik ki, çoxları özünü görə bilər. Onun uşaqlıq xatirələrini oxuyarkən bir daha övladlarımızla münasibətdə necə həssas, anlayışla davranmalı olduğumuzu düşünməli oluruq.

İllər keçir,biz böyüklərin əhəmiyyət vermədiyi kiçik davranışlar uşaqların xatirəsində böyük iz buraxır, özünəqapanmaya,xəyal qırıqlığına və s. səbəb olur.

Kəmalə xanımın bir az yumor qataraq qələmə aldığı bu kiçik epizodlar əslində üzərində düşünməli olduğumuz vacib məsələlərdən biridir.

Mebel dükanı

Niyə bizim ailələrdə bütün hadisələrdə günah uşaqda olur?

ABŞ-da yaşayan tanışım danışıb: ABŞ-da bir ailə mebel dükanında mebellərə baxır. Nəzarətsiz qalan azyaşlı uşaq paltar dolabının içinə girir və qapı bağlanır. Üstündə açar olmadığına görə ehtiyat açar gətirilənə kimi 5-10 dəqiqə çəkir və bu müddətdə uşaq içəridə ağlayır. Sonradan ailə həmin dükanın sahibindən böyük məbləğdə təzminat alır. Səbəb o olur ki, səhlənkarlıq nəticəsində dolabın üstündə açar olmayıb və uşaq bir neçə dəqiqə ərzində psixoloji zədə alıbdır.

İndi o hadisə bizdə olsaydı, ana uşağı döymüşdü, dükan sahibi isə dolabı xarab etdiyi üçün ailədən əlavə ödəniş tələb etmişdi. 

Cəza

Azərbaycan analarının uşaqlarına qarşı özünə məxsus cəzaları olur.

Bir gün parkda gəzirdim. Birdən 4-5 yaşlı uşaq yıxıldı və ağlamağa başladı. Ana uşağı sakitləşdirmək əvəzinə başladı vurmağa:

– Korsan? Ayağının altına niyə baxmırsan?

Qəza

Bir dəfə xalamoğlu maşınla bir  uşağı yüngülcə vurmuşdu. “Vurmuşdu” deyəndə, məhəllə içi olduğuna görə sürət çox aşağı idi. Demək olar ki, maşın yox, maşının “küləyi” uşağı yıxmışdı.

Tələsik uşağa baxdıq, şükür heç nə olmamışdı. Amma xalamoğlu uşağı qucağına alıb onların evlərinə gətirdi ki, anası ilə bərabər həkimə aparsın. Ana qapını açan kimi ağlayan uşağa bir şillə:

– Yenə nə hoqqa etmisən?

Vurulmayan kəmər

Bir dəfə  maşında oğlumla bərabər gəlirdim. Qəfil maşının əyləci tutmadı. Başqa yol axtarmaq əvəzinə oğluma qışqırdım:

– Adamlığın yoxdur, niyə kəməri vurmamısan?

Qol saatı

İlk ağlamağınız yadınızdadır?Mənim yadımdadır.

Mən bir az “gözü sulu”adamam. Hər şeyə ağlayanam, amma ağlım kəsəni ilk ağlamağımı unutmuram.

Uşaqlığım sovet dövründə olduğu üçün bəzi şeylərə həsrət idim. Məsələn, qol saatı istəyirdim və tapılmırdı. Nəhayət Moskvada olanda anam qırmızı kəmərli qol saatı aldı. Məndən xoşbəxti yox idi, yatanda da qolumdan çıxartmazdım.

Bir gün rəfiqəm qonaq getdiyi üçün saatı istədi və mən də verdim. Neçə gün keçmişdi, amma rəfiqəm saatı qaytarmırdı:

-Kəmalə, saatı itirmişəm.

Rəfiqəmin bu sözü ilə bütün dünyam qaraldı. Canım elə yandı, elə yandı…O saatı neçə aylar sonra tapıb almışdım.

Rəfiqəmdən ayrılıb hönkür-hönkür ağladım. 30 ildən çox zaman keçib, amma 4 yanvar o hadisə ilə yadımda qalıbdır.

Gül açan divarlar

Uşaqların yanında böyüklər bir az ehtiyatlı danışmalıdır.

Bir dəfə anamla əmimin xanımı mənimlə əmimqızını evdə tək qoyub harasa getmişdilər. Biz də bekarçılıqdan özümüzə iş axtarırdıq və tapdıq.

Başladıq evi təmizləməyə və sonda böyüklərdən eşitdiyimizi etdik .“Ev elə təmiz idi ki, divarlar gül açmışdı” deyimini yerinə yetirmək üçün işimizin sonunda həyətdən gül yığıb yapışqanla divara yapışdırdıq, yəni təmizlikdən divar gül açıbdır.

Sonra başladıq analarımızı həsrətlə gözləməyə.

Və “Afərin qızlarımıza” sözünün yerınə “Bıııy, sizi yanasınız, divarı nə günə qoymusunuz?” eşitdik (insafla deyim, o vaxtın son “dəbli” divar boyasını yapışqanla xarab etmişdik).

Xəzinə

Uşaq vaxtı əmimqızı ilə etmədiyimiz “oyun”qalmamışdı.

Uşaqlığımızın ən maraqlı filmlərindən birinə – “Kapitan Qrantın uşaqları”na baxdıqdan sonra həyətə düşüb palçıqla oynayırdıq. Birdən qazdığımız torpaqda əlim nəyəsə dəydi-“Xəzinə tapmışdıq” (filmin təsirində idik).

Həyacanla qutunu açdıq-dəmirdən siqaret qabı idi.

Həyətdə uşaqlara yaydıq ki, xəzinə tapmışıq, içi də dolu qızıl.

Axşam səsə qapıya çıxdıq. Analarımız qonşu qadına and-aman edirdilər ki, uşaqların uydurmasıdır…

 Qonşu deyirdi ki, neçə gun əvvəl qızıl itirmişəm,tapdıqları elə onlardır.Əmimqızı dedi:

-Siz qızıllarınızı təsvir edin, biz tapılmağında kömək edək.

Bizim yalanımız kimi, qonşu da yalan deyirmiş.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər