“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun və “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının və baytarlıq sanitariya ekspertizasından keçməyən ətlərin satışının qarşısının alınması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə ardıcıl monitorinqlər aparılır.
Avqustun 24-də nəzarət tədbirləri zamanı aidiyyatı qurumların əməkdaşları tərəfindən şəhər ərazisində, Cəfərbəyli, Hacıbədəlli kəndlərində və rayonun Dördyol adlanan hissəsində fəaliyyət göstərən qəssabxanalara baxış keçirilib. Yoxlama tədbirlərinin keçirilməsində məqsəd heyvan kəsimi və ət satışlarının qanunsuz şəkildə həyata keçirilməsinin qarşısını almaqdan ibarətdir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunsuz heyvan kəsimi və ət satışı ilə məşğul olan şəxslərə protokol tərtib olunub.
Qeyd edək ki, yoxlama-nəzarət tədbirləri davam etdirilir.