5.6 C
Aghjabadi

Növbəti səyyar qəbul Kürdlər kəndində keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu avqustun 24-də rayonun Kürdlər kəndində keçirib. Qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəsinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstyərən idarə, müəssisə və xidmət təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə kənddə şəhid Akif Soltanovun adını daşıyan məktəbdə onun xatirəsini əbədiləşdirən abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Görüşdə icra başçısı Rafil Hüseynov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. R. Hüseynov həmçinin onu da bildirib ki, ölkə rəhbəri İlham Əliyevin sosial-iqtisadi inkişafa göstərdiyi qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunların əsasında ilk növbədə əhalinin rifah halının yaxşılaşdırılması dayanır. Daha sonra 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Müzəffər Ordumuzun düşməni məhv edib,  torpaqlarımızı işğaldan azad etməsindən və azad olunumuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərindən söhbət açılıb. O, da qeyd olunub ki, 10 noyabrda imzalanmış kapitulyasiya aktına baxmayaraq, ermənistan dəmir yumruğun zərbə gücünü unudub təxribatlar  törədir, bunun nəticəsində Azərbaycan Ordusu tərəfindən avqustun 3-də “Qisas” əməliyyatı  keçirilib. Bununla da düşmənə Ordumuzun gücü bir daha göstərilib.

Sonra qəbulda çıxış edən kənd sakinləri Rasim Abışov, Xaləddin Abışov, Mürsəl Mamedov, Əkbər Əsədov, Rövşən Əsədov, Adışirin Quliyev, Bilal Abışov, Türbəndə Məmmədov və başqaları kənddəki  mövcud problemlərdən söz açıblar. Qaldırılan məsələlərin həlli üçün  icra başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Həlli zaman tələb edən məsələlər isə aidiyyatı qurumlara həvalə edilib.

 Yekunda qəbulda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirblər.

Pərvin ŞAKİRQIZI

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər