5.6 C
Aghjabadi

Uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən Qarabağ Atçılıq Kompleksində uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi təşkil olunmuşdur.
İlk öncə düşərgə iştirakçılarına kompleksin ərazisində gəzinti təşkil edilmiş, Qarabağ Atçılıq Kompleksinin zootexniki Yaşar Mirəliyev təfindən Qarabağ atları və onların tarixi haqqında ətraflı məlumatlar verilmişdir.
Sonra Ağcabədi Rayon Gənclər və İdman İdman İdarəsinin rəisi Rüfət Quliyev düşərgə iştirakçılarını salamlamış və onlara xoş istirahətlər arzu etmişdir. İdarə rəisi çıxışında Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında respublikamızın müxtəlif şəhər və rayonlarında təşkil edilən yay düşərgələrinin məqsəd və vəzifələrindən söhbət açmışdır.
Daha sonra Uğur İdman Klubunun direktoru, MMA idman növü üzrə məşqçi-müəllim, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur Döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlı azad olunmasına görə” medalları ilə təltif edilmiş ağcabədili idmançı, Vətən müharibəsi əlili Cavid Allahverdiyev gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, necə böyük həvəslə, vətən sevgisi və ruh yüksəkliyi ilə döyüşə atılmaqlarından bəhs edib.
Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov çıxış edərək qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Taekvondo idman növü üzrə məşqçi müəllim Əli Əliyev uşaq və yeniyetmələrə ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafından, bu sahəyə yaradılan şəraitdən, idmanla məşğul olmağın faydalarından bəhs etmişdir.
Düşərgədə uşaq və yeniyetmələri maraqlandıran suallar cavablandırılmış, əyləncəli və yaddaqalan gün keçirlmələri üçün lazımı şərait yaradılmışdır.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər