Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi və Ağcabədi Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual oyunu baş tutub. İntellektual oyunun həyata keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını daha səmərəli və maarifləndirci keçirməkdir.
Yarışda ümumilikdə 8 komanda və 40 gənc iştirak edib. Oyun 63 mövzudan ibarət olub. Mövzular dünya və Azərbaycan tarixi, filimləri və mədəni irsləri, elmi olub.
1-ci yer “Loserfer”
2-ci yer “Blitzkrieg”
3-cü yer isə “Expecto Corona” komandası tutub.
“Xəmsə” Milli İntellektual oyunda iştirak edən hər bir gəncə təşəkkür edib qalib komandaları təbrik edib bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq.
Tədbir Ağcabədi rayon Bayraq muzeyinin inzibati binasında həyata keçirilib.