Zərdabda mənşəyi məlum olmayan ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, daxil olan məlumat əsasında agentliyin müfəttişləri tərəfindən polis əməkdaşları ilə birgə Zərdab rayonunda Ağcabədi rayon sakini Abdullayev Vasif Fərrux oğluna məxsus 90 EY 950 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” markalı avtomobilə baxış keçiriblər.

Baxış zaman üzərində baytarlıq möhürü və müvafiq müşayiətedici sənədləri olmayan ümumi çəkisi 413 kiloqram 4 baş iribuynuzlu heyvan əti aşkar edilib. İlkin araşdırma nəticəsində istehlak üçün yararsız olduğu məlum olan ət məhsulları saxlanca qoyulub və müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Araşdırmalar davam edir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com