6.4 C
Aghjabadi

Gərək peşənə ürəkdən bağlı olasan

Famil Quliyev əslən Xocavənd rayonunun Əmirallar kəndindəndir. O, uzun illər sözügedən kənddə fəaliyyət göstərən üzümçülük sovxozunda sürücü işləyib. Mənfur ermənilər Qarabağ torpaqlarına xaincəsinə hücum edərkən gənc Famil həmyaşıdları kimi silaha sarılaraq, müqəddəs torpaqlarımızın müdafiəsinə qalxıb. Cəsur döyüşçü müdafiə batalyonunun tərkibində düşmənə ağır zərbələr vurub. Onun hünəri erməni cəlladlarını qorxuya salıb. Lakin təəəssüf ki, sovet dövlətinin xəyanətkar siaysəti nəticəsində ərazilərimiz, o cümlədən Xocavənd rayonunun Əmirallar kəndi də işğala məruz qalıb. Doğma yurd-yuvasından didərgin düşən F. Quliyev ailəsi ilə birlikdə Ağcabədi rayonuna pənah gətirmək məcburiyyəti ilə üzləşib. Ailə 1992-ci ildən Ağcabədi şəhəri ərazisində məskunlaşıb.

Famil burada bir müddət sürücülük fəaliyyətini davam etdirib, ailəsinin dolanışığını təmin edib. Quliyevlər ailəsi indiki Soltanbəy küçəsində həyətyanı torpaq sahəsi alaraq, yaşayış evi tikdirib. Ailə üzvləri eyni zamanda heyvandarlıqla da məşğul olub. F. Quliyevin dediklərinə görə Əmirallar kəndində yaşayarkən üzümçülük sahəsində işlədiyi üçün müəyyən təsərrüfat təcrübəsinə malik olub. Qərara alıb ki, bu təcrübədən yararlanaraq torpaq sahəsi alıb, pambıqçılıqla geniş məşğul olsun. O, bu məqsədlə 17 hektardan çox torpaq sahəsi alıb. Bununla bərabər hərrac yolu ilə 18 hektardan ibarət bələdiyyə torpağını müqavilə əsasında  icarəyə götürüb. Təsərrüfata geniş marağı olan bacarıqlı iş adamı  2006-cı ildən pambıqçılıqla məşğul olmağa başlayıb. Hər il uğurlara imza atan  F. Quliyev işə daha böyük həvəslə girişib. Özünün dediyi kimi pambıqçılığa ürəkdən bağlanıb. Təsadüfi deyildir ki, fermer təsərrüfatının başçısı 2021-ci ildə özünəməxsus və icarəyə götürdüyü 95 hektardan ibarət əkin sahəsindən 443 tondan çox məhsul əldə edib ki, bu da hər  hektardan 46.7 senter deməkdir. Ötən ilki uğurdan ruhlanan fermer cari təsərrüfat ilində 120 hektar əkin sahəsində pambıq yetişdirib.

Famil Quliyev söhbət zamanı qeyd edib ki, mövsümün əvvəlindən sahələrdə becərmə işlərinə geniş start verilib. Tarlalarda yüksək aqrotexniki qaydalar əsasında kompleks becərmə işləri həyata keçirilib. Fermerin müqavilə bağladığı, “Azərpambıq” MMC Ağcabədi filialı tərəfindən mineral gübrələr, eləcə də, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə məqsədi ilə pestisidlərlə təmin olunub. Fermerin təsərrüfatına məxsus traktorla sahələrdə müntəzəm və keyfiyyətli kultivasiya işləri aparılıb. Digər tədbirlər “Azərpambıq” MMC Ağcabədi filialının texnikası vasitəsi ilə həyata keçirilib. Fermer onu da əlavə edib ki,  əkin sahələrinin suvarılması da diqqət mərkəzində saxlanılıb, fasilələrə yol verilməyib.

Görülmüş tədbirlər nəticəsində fermer təsərrüfatına məxsus pambıq tarlalarında bol məhsulun bünövrəsi qoyulub. Artıq pambıq kolları qozabağlama fazasındadır. Belə sahələrdən bol məhsul gözləməyə dəyər. Bacarıqlı fermer kollektivin səyi ilə yığım mövsümü ərzində hər hektardan 50 sentnerdən çox məhsul götürməyi planlaşdırıb.

Famil Quliyev nümunəvi ailə başçısıdır. Onun 4 övladı zəhmətə bağlı olan insanlardır. Oğlanları Amil və Orxan atalarının yolunun davamçılarıdır. Onlar da xeyli vaxtdır ki, pambıq əkib-becərmə ilə məşğuldurlar. Qardaşlar bu il hərəyə 30 hektar sahədə pambıq yetişdirir. Onların hər ikisi mövsüm ərzində yüksək məhsul əldə edəcəklərinə söz veriblər. Nə demək olar, bu yorulmaz, əməksevər insanlara uğurlar arzulayırıq.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər