Şəhərin təmiz, səliqəli saxlanması, olması üçün kommunal xidmət və mənzil istismarı idarəsinin əməyi böyükdür. Çünki bu idarənin işçilərinin gördükləri iş hər bir şəhər sakininin gözü önündə olur. Səhər küçəyə çıxanda, işə gedəndə artıq zibildən təmizlənmiş səkiləri görəndə, küçə ilə addımlayanda adamda xoş ovqat yaranır. Doğma şəhər vaxtında təmizlənəndə həmişə belə olur.
Amma nədənsə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinin işçiləri, şəhərimizin təmizliyinin keşiyində birbaşa duranalar hərdən “qrafik”dən bir addım belə kənara çıxmır, elə vərdiş etdikləri köhnə hissəni təmizləyirlər. Yəni küçənin kənarları və səkidən kənara qəti şəkildə çıxmır, oradakı aylarla yığılıb qalmış zibili “narahat” etmirlər.
Şəhərdə əhali arasında köhnə xəstəxana adlanan bir məkan var. Və çox təəssüf ki, adıçəkilən idarənin təmizlik işçiləri bu ərazinin ətrafına, yəni köhnə xəstəxananın binası ilə səkinin arasına elə köhnə münsibət bəsləyirlər. Burada yığılıb qalmış zibilə düz bir ilə yaxındır ki, (arada kimsə bu zibilin yarısını buradakı həmişəyaşıl ağacı ilə birlikdə yandırdı) gözün üstə qaşın var deyən tapılmır. Elə buna görə də bu ünvanın adını ətraflı çəkdik. Qoy kommunal xidməti və mənzil istismarı idarəsinin işçiləri bu ərazi ilə yaxından tanış olsunlar və şəklə baxıb buradakı natəmizlik və zibilliyi görsünlər. Bəlkə belə olan zaman…
Adil MİSİRLİ