Ağcabədidə uşaq və yeniyetmələr üçün növbəti günərzi yay düşərgəsi təşkil olunmuşdur.

   Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 30 avqust 2022-ci il tarixdə uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi təşkil olunmuşdur.

  Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən düşərgə zamanı ilk öncə iştirakçılar üçün kompleksdə gəzinti təşkil olunmuş, onlara müxtəlif idman qurğuları və avadanlıqları haqqında ətraflı məlumatlar verilmişdir.

   Sonra düşərgə iştirakçıları müxtəlif əyələncəli idman oyunları oynayaraq vaxtlarını səmərəli keçirmişlər.

    Daha sonra  Ağcabədi Rayon Gənclər və İdman İdman İdarəsinin rəisi Rüfət Quliyev düşərgə iştirakçılarını salamlamış və onlara xoş istirahətlər arzu etmişdir.

    Düşərgədə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Azərbaycan Respublikasının Əməkdar Məqçisi Eldəniz Qənbərov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi Olimpiya İdman Kompleksinin üzgüçülük müəllimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən Müharibəsi İştirakçısı”  medalları ilə təltif edilmiş  Nicat Musayev uşaq və yeniyetmələrlə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahəyə yaradılan şəraitdən,  ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin önəmindən, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, müxtəlif sahələrdə onları maraqlandıran suallar cavablandırılmışdır.

    Düşərgə zamanı uşaq və yeniyetmələrin asudə vaxtlarının daha da səmərəli keçirmək üçün intellektual oyun  təşkil edilmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com