5.6 C
Aghjabadi

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidlərinin doğum günü rayonumuzda daim qeyd olunur. Avqustun 29-da Muğanlı kəndində Naim Ağayev və Xocavənd kəndində Mirağa Əliyevin əziz xatirəsi anılıb.

Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşları,  QHT nümayəndələri, rayondan və digər bölgələrdən olan şəhid ailələrinin üzvləri,qazilər, müəllimlər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin kənd qəbiristanlığındakı məzarları ziyarət olunub, üzərlərinə tər  çiçək dəstələri düzülüb.

Çıxış edənlər  Naim Ağayev və Mirağa Əliyevin  şərəfli döyüş yolu barədə söhbət açıb, Vətənimizin azadlığı uğrunda şəhadətə ucalan igidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Qeyd edək ki, Naim Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində anadan olub. O, “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu  kimi xidmət edib. O, 30 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmnancasına həlak olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub

Mirağa Əliyev isə 29 avqust 2000-ci ildə anadan olub. Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə iştirak edib, 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. O,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Rəmziyyə HƏSƏNOVA

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər