5.6 C
Aghjabadi

Hər 10 qadından 8-nin əziyyət çəkdiyi xəstəlik

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəksə də, çox az adam onun haqqında məlumatlıdır. Bu, fibromialgiya xəstəliyidir. Fibromialgiya xüsusi ilə kürək, boyun, bazu və bud nahiyəsində yayılmış sümük-oynaq ağrısı, yorğunluq ilə büruzə verən xəstəlikdir. Fibromialgiyanı bəzən fiziki məşğələlərdən sonra yaranan əzələ ağrıları və yorğunluqla dəyişik salmaq olar. Amma ağrılar şiddətlidirsə, xroniki xarakter daşıyırsa, bir sıra təhlükəli simptomlar da müşahidə edirsinizsə, deməli fibromialgiyadan şübhələnməlisiniz.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bu dəfə oxucularımıza Fibromialogiya xəstəliyindən bəhs edəcək.

Nərminə Abbasova bildirdi ki, fibromialgiyanı serotonin hormonlarının çatışmazlığı və yuxu pozulması ilə bağlasalar da, son nəticə bundan ibarətdir ki, xəstəliyin səbəbləri məlum deyil, onun öyrənilməsi hələ də davam edir.

Həkim-terapevt qeyd edir ki, bu sindrom zamanı fibroz toxumada, əzələlərdə və s. yerlərdə xroniki ağrılar olur. Onun sözlərinə görə, ümumiyətlə, bədənin 18 həssas nöqtəsində ağrılardan şikayət edən həmin xəstələr, həm də kimyəvi maddələrə qarşı həssas olurlar:

“Həmin sindromdan əziyyət çəkən xəstələrin çoxu yorğunluqdan və depressiyadan şikayətlənir. İnsanda kimyəvi maddələrə qarşı həssaslıq, müxtəlif ağrılar, bağırsaq problemləri, yorğunluq, yuxu pozğunluqları, depressiya halları və çənəarası oynaq problemləri varsa, bu, fibromialgiya sindromundan xəbər verir”.

Xəstəliyin ilkin əlamət və simptomlarından misal olaraq üç aydan çox davam edən yayılmış bədən ağrısını misal çəkən Nərminə xanım qeyd etdi ki, ağrı əsasən boyun, bel, qol və ayaqlarda, döş qəfəsində müşahidə olunur:

“Bir nöqtədən başlayıb, bütün bədənə yayılan ağrılar daha çox boyunda, kürək sümüklərinin arasında, beldə, baldırda və kürək nahiyəsində daha çox hiss olunur. Ağrıların şiddəti gün ərzində olan fiziki fəaliyyətlərə, yuxu vəziyyətinə və stresə görə dəyişir. Fibromialgiya sindromu olan xəstələrin 50 faizində miqren və təzyiq tipli baş ağrılarına da rast gəlinir. Xəstələr ümumiyyətlə, əqli və fiziki yorğunluqdan şikayət edirlər. Fibromialgiya sindromunda xəstələr yaxşı yata bilmir. Yatsa belə, bu, ortaya çıxan zehni fəaliyyət üzündən sağlam və keyfiyyətli yuxu olmur. Belə xəstələr yuxudan ağır bir iş görmüş kimi yorğun oyanırlar. Ürək bulanması, ishal, qəbizlik, qarın ağrısı və qaz çıxartmaq fibromialgiyalı xəstələrdə tez-tez görülən əlamətlərdir. Alt və üst çənə arasındakı sahədə funksional pozğunluq fibromialgiya sindromunun xəbərçisidir. Bununla əlaqədar olaraq, üz və kəllədə şiddətli ağrılar olur”.

Həkim deyir ki, fibromialgiyalı xəstələr müxtəlif dərmanlara qarşı həssas olur. Eyni zamanda, spesifik qidalara, parlaq işığa, səs-küyə və ağır qoxulara sərt reaksiya verirlər:

“Müalicə üsulları olaraq söyləyim ki, tez yatmaq lazımdır. Yatmazdan əvvəl yuxu gətirən bitki çayları içilsə, yaxşı təsir edər. Günəşdə daha çox vaxt keçirilməli, D vitamini qəbul edilməlidir. Piyada gəzintilər və idmanla məşğul olmaq çox faydalıdır.

Onu da deyim ki, bu sindromdan əziyyət çəkənlərə ağrıkəsici vasitələr kömək etmir. Ağrıya baxmayaraq, öz bədənini məşqə kökləmək lazımdır. İdman, orqanizmi möhkəmləndirir, depressiyanın öhdəsindən gəlməyə kömək edir. Əvvəlcə, yüngül məşqlərə başlayın. Tədricən yükü artırın. Aparılan araşdırmalarda da sübuta yetirilib ki, məşqlər yuxu pozğunluğu, zəiflik, baş ağrısı, əzələ ağrılarını qısa müddətdə aradan qaldırır”.

Nərminə xanım bildirdi ki, Əhalinin 3% -də görülən fibromialgiya sindromu xəstələrin həyat keyfiyyətinə təsir göstərir. Onun sözlərinə görə, fibromialgiya qadınlarda kişilərə nisbətən üç dəfə daha çoxdur:

“Fibromialgiya əlamətlərinin fərqli xəstəliklərlə qarışıq salınması ehtimalı isə çox yüksəkdir. Doğru diaqnoz qoyulamadığı zaman fibromialgiya şikayətləri azalsa da, bir müddət sonra yenidən başlama riski çoxdur. Fibromialgiya müalicə edilmədikdə, həyat keyfiyyətinin və əmək qabiliyyətinin itirilməsinə səbəb olur. Fibromialgiya əlamətləri çox kəskin olmamaqla birlikdə ən əhəmiyyətli əlaməti bədənin müəyyən yerlərində görülən həssaslıqdır. Qeyd etdiyim kimi, fibromialgiya xüsusilə ağrı və səhərlər çətin oyanma ilə özünü müəyyən edir. Nəfəs almada çətinlik, məcbur edilmə və qulaq zingildəməsi da ən böyük fibromialgiya əlamətlərindəndir”.

Həkim-terapevt deyir ki, fibromialgiya müalicəsində ən əhəmiyyətli prinsip xəstə-həkim işbirliyidir. Onun sözlərinə görə, xəstəyə xüsusi tətbiq olunan müalicə variantları arasında fizioterapiya və reabilitasiya üsulları, məşq proqramlarından biri, ya da hamısı birlikdə tətbiq oluna bilər:

“Fibromialgiya müalicəsində xəstəyə bağlı olaraq dəyişə biləcək bəzi fiziki müalicə variantları var. Fibromialgiya müalicəsi üçün çoxşaxəli bir yanaşma tələb olunur. Klinikamızda müalicə proqramı revmatoloji mütəxəssis, fizioterapiya və reabilitasiya mütəxəssisi, peşəkar psixoloq, və fizioterapevt ilə əməkdaşlıqla təyin olunub həyata keçirilir. Zərurət olduqda digər şöbə həkimlərindən məsləhət dəstəyi alınır və müalicə çoxşaxəli bir istiqamətə yönəldilir. Dərman terapiyasına əlavə olaraq, məşq, masaj, fizioterapiya tətbiqləri də müalicə proqramımıza daxil edilir. Müalicəmizin əsas məqsədi ağrı və yorğunluğu azaltmaq, depressiv simptomları aradan qaldırmaq və digər simptomları minimuma endirmək üçün planlaşdırılır. Fibromialgiyanın müalicəsində sağlam qidalanma, müntəzəm məşq, istirahət təsirli olur, lakin avtonom sinir sistemini tənzimləmək üçün Klinikamız fizioterapiya və reabilitasiya proqramlarını da həmçinin tətbiq edir.

Həyatı dözülməz hala gətirən bu narahatlıqla bağlı klinikamıza müraciət edən xəstələr təbii ot tərkibli ağrıkəsicilər, rahatladıcı və müalicəvi masaj, peşəkar reabilitoloqlarımız tərəfindən tətbiq edilən yüngül məşqlər, akupunktur proseduru kimi müxtəlif müalicə üsulları ilə rahatlama tapırlar”.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər