5.1 C
Aghjabadi

Pambığın vaxtında və itkisiz yığılması ilə əlaqədar tədbir keçirilib

Sentyabrın 1-də Ağcabədidə pambığın vaxtında və itkisiz yığılması ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi, Ağcabədi Rayon Yanğından Mühafizə idarəsinin nümayəndəsi, zavod direktorları, aqronomlar, pambıq əkən bir qrup fermerlər və rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon rəhbəri Rafil Hüseynov pambıq yığımının vaxtında və itkisiz başa çatdırılması üçün fermerlər, şirkətlərin ərazi aqronomları və ərazi nümayəndələri ilə birgə iş qrafiki ilə işləmələrinin təmin olunmasını diqqətə çatdırıb. Tədbirdə məruzə ilə çıxış edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov 2022-ci ildə əkilmiş pambıq sahələrinin alaq otlarından təmizlənməməsi, sifarişçi təşkilatların zəif fəaliyyəti, nisbətən susuzluqdan və torpaq şəraitindən asılı olaraq 50 faizdən çox ağarmış hektaradək olan sahələrdə pambığın əllə yığımının təşkilindən danışıb. Məruzəçi eyni zamanda ayrı-ayrı məntəqələrdə pambığın qəbulu zamanı fermerlərin laboratoriya analizlərinin nəticələrindən narazı qalmaması üçün pambıq sahələrində yığımqabağı becərmənin vəziyyəti barədə zavodlar tərəfindən indiyədək dövləq aqrar inkişaf mərkəzinə təqdim edilməsini də qeyd edib.

            Sonda fermerlərin pambıq sahələri yoxlanarkən nisbətən yetkin sahələrin defolyasiyası üçün seçilməsi və havaların əlverişli keçməsindən istiafdə etməklə aqreqatlardan maksimum səmərəli istifadə edilməsindən və pambıq yığımında baş verə biləcək çatışmazlıqlarla bağlı verdikləri suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Gündüz SEVİNDİK

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər