Qaraxanlı kəndində səyyar qəbul

            Rayonda səyyar qəbul daim diqqət mərkəzindədir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulu Qaraxanlı kəndində keçirib. Səyyar qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri  və media mənsubları iştirak ediblər.

    Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            İcra başçısı çıxışında rayonumuzun sosial-iqtisadi həyatından, kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılıq, baramaçılıqdan əldə olunan nəticələrdən, digər əkin sahələrindən, habelə pambıq tarlalarının suvarma suyu ilə təmin olunmasından ətraflı danışıb, mövcud problemlərin həlli yoluna toxunub. Görüş zamanı Qaraxanlı kənd sakinləri tərəfindən sözügedən inzibati ərazi dairəsində qaz çəkilişi, suvarma suyunun təşkili, batmış subartezian quyusunun bərpası, şəhid Ceyhun Məmmədovun abidəsinin ətrafının asfaltlanması, 530 metrlik kənd daxili yolunun qalan hissəsinin asfaltlanması, suvarmanın daha səmərəli aparılması üçün müasir damcı üsulunun tətbiq edilməsi, həmçinin çəkil bağlarının salınması məqsədilə subsidiyanın aparılması və s. məsələlər müzakirə olunub.   

Sonda rayon rəhbəri kənd sakinləri tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirərək, həlli mümkün məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com