İcbari Tibbi Sığorta ilə bağlı tədbir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən 2022-ci ilin iyun ayından etibarən regionlarda silsilə maarifləndirmə tədbirlərinə start verilib. Sentyabrın 1-də sözügedən qurum və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə icbari tibbi sığorta ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Ağcabədi Bayraq Muzeyində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, müxtəlif idarə, müəssisə və təşkilatların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev çıxış edərək, iştirakçılara icbari tibbi sığorta sistemi, sığorta haqqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verib. P. Əliyev eyni zamanda təcili və tibbi yardım xidmətləri üzrə təminat, ambulator və stasionar müalicə üçün qəbul qaydaları barəsində də söhbət açıb və bildirib ki, icbari tibbi sığortanın məqsədi əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərdən faydalanmasını təmin etməkdir.
Yekunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər