Təcrübəli stomatoloq Ramiz Abbasov uzun illərdir ki, diş həkimi kimi rayon əhalisinin sağlamlığının keşiyində dayanır. Öz peşəsinə dərindən bələd olan, səriştəli həkim sakinlər arasında dərin hörmət və nüfuz qazanıb. O, neçə illərdir ki, xəstələri yüksək keyfiyyətlə, peşəkarlıqla müalicə edir, onların dişlərinin bərpası üçün əllərindən gələni əsirgəmir. Bacarıqlı mütəxəssisin düzəldiyi protezlər, qızıl və sümüklərdən ibarət dişlər pasientlər tərəfindən həmişə razılıqla qarşılanır.
Yeri gəlmişkən, qeyd edək ki, Ramiz Abbasov ötən əsrin 80-ci illərindən rayonumuza təyinat alan ilk müalicə həkimlərindəndir. Həmin dövrdə o, bir çox gənc həmkarları ilə bölgədə dişlərin müalicəsi ilə məşğul olub. Bu gün rayonumuzda onun yolunu onlarla gənc stamotoloq uğurla davam etdirir.
Biz Ramiz həkimə uzun ömür, cansağlığı arzulyır, peşəkar və xeyirxah fəaliyyətində uğurlar diləyirik.
Xəzangül QƏDİMLİ