Ağcabədidə narkotik satanlar tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olmaqda şübhəli bilinən Səməd Qəhrəmanov və Cəmil Əsgərov saxlanılıblar.

Səməd Qəhrəmanovun istifadəsində olan torpaq sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluqla yetişdirilmiş 8 ədəd çətənə bitkisi və üzərindən qurudulmuş marixuana aşkar edilib. Cəmil Əsgərovun həyətyanı sahəsinə baxış keçirilərkən 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com