Bəşər tarixində həyatda iz qoyan bir çox tarixi şəxsiyyətlər olmuşdur.
Zaman keçdikcə belə şəxsiyyətlərin xalqı, dövləti üçün gördüyü işlər daha qabarıq nəzərə çarpır.
Belə tarixi şəxsiyyətlərin biri də Ümummilli Lider Heydər Əliyevdir.
Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyinin qorunması sahəsində gördüyü işlər Heydər Əliyevin xalqın yaddaşında əbədi həkk etmişdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının rəhbəri seçiləndə Azərbaycan geridə qalmış, aqrar bir Respublika idi. Ölkə rəhbəri seçilən gündən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı və sənaye inkişaf etməyə, əhalinin rifah halı yaxşılaşmağa başladı. Bütün parametrlər üzrə geridə qalan bir Respublika qısa müddət ərzində keçici bayraqlar qazanan bir Respublikaya çevrildi. Respublikada bərqərar olan müsbət irəliləyişlər Ulu Öndərin SSRİ Nazirlər Sovetinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun üzvü seçilməsinmə gətirib çıxardı.
Ulu Öndər SSRİ-nin rəhbərliyində təmsil olunduğu ilk dövrlərdən başlayaraq ölkədə problemli sahələrə rəhbərlik etdi və qısa müddət ərzində həmin sahələrdə əsaslı dönüş yaratdı.
Mixail Qarbaçov SSRİ-yə rəhbərlik etməyə başladığı andan prinsipiallığı, qətiyyəti və işgüzarlığı ilə seçilən, Siyasi Büroda ən potensiallı kadr olan, Heydər Əliyevi özünə rəqib görərək ona qarşı təzyiqlər göstərməyə başladı.
Daha sonrası isə hamıya məlumdur. Heydər Əliyev istefa verdikdən sonra o vaxtlar rəhbər postlarda olan ermənilər və ermənipərəst qüvvələrin əl-qol açmasına şərait yarandı. 1988-ci ilin əvvəlindən başlayaraq Dağlıq Qarabağda separatçı qüvvələr baş qaldıraraq əsassız torpaq iddiasına başladılar.
Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, idarəetmə qabiliyyətinin olmaması, Ermənistanın siyasi və hərbi təzyiqləri ölkədə böhran və anarxiya vəziyyətinə gətirib çıxarmışdı. 1990-cı ilin yanvar ayının 20-də Bakıda törədilən qırğınlar Sövet rəhbərliyinin Bakıda azadlıq mücadiləsinə qalxmış xalqın iradəsini qırmaq üçün edilən bu amansız qətllərə Xalqın Böyük oğlu Heydər Əliyev biganə qala bilmədi. Faciənin ertəsi günü Azərbaycanın Moskvada daimi nümayəndəliyinə gələn Heydər Əliyev Azərbaycan xalqına başsağlığı verdi və Ölkə rəhbərliyini baş vermiş faciənin səbəbkarı kimi ittiham etdi.
Xalqının çətin durumu Ulu Öndər Heydər Əliyevi çox narahat etdiyi üçün çətin məqamda xalqa dayaq olmaq üçün Azərbaycana qayıtmağı qərara aldı.
1990-cı ilin iyul ayının 22-də Ulu Öndər Naxçıvana qayıtdı və siyasi proseslərə qatıldı. Sentyabr ayının 30-da keçirilən seçkilərdə seçicilərin əksər səsini qazanaraq Azərbaycan və Naxçıvan Parlamentlərinin deputatı seçildi. Həmin dövrlər ölkədə və eləcə də blokada şəraitində yaşayan Naxçıvanda vəziyyət acınacaqlı həddə çatmışdı.
Naxçıvan əhalisi Heydər Əliyevə böyük ümid bəsləyərək düşdükləri ağır vəziyyətdən ancaq onun qurtara biləcəyinə inanırdı. 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan parlamentinin yeni tərkibində Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqillik yoluna qədəm qoyacaq tarixi qərarlar qəbul edildi. Naxçıvan Muxtar respublikası adından “Sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cumhuriyyətinin üçtərəfli bayrağının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsadət qaldırıldı.
Ulu Öndərin Naxçıvanda yenidən siyasi proseslərə qatılması, xalqda böyük ruh yüksəkliyi yaratdı, ümidlər yenidən dirçəldi. Artıq Naxçıvanda hamı dərk edirdi ki, ölkədən təcrid olunmuş Muxtar Respublikanın gələcək nicatı yalnız Heydər Əliyevlə bağlıdır.
Bu inam 1991-ci ilin sentyabr ayının 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar respublikası Ali Məclisinin sədri seçilməsi ilə nəticələndi. Beləliklə, ölkənin böhran vəziyyətindən çıxaraq gələcək inkişafa və müstəqilliyə aparan yolun bünövrəsi qoyuldu.
Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri seçildikdən dərhal sonra Naxçıvanın Ermənistanın hücumlarından qorunması üçün Dövlət Müdafiə Komitəsi, bunun ardınca ilk milli ordu birləşmələri yaradıldı, tənəzzülə uğramış iqtisadiyyatın bərpa edilməsini ön plana çəkildi, qonşu ölkələr -Türkiyə və İranla münasibətlərin qaydaya salınması istiqamətində mühüm addımlar atıldı. Beləliklə, iqtisadi problemlər içərisində böğulan Naxçıvanda həyat tədricən öz axarına düşməyə başladı.
Ulu Öndər çox yaxşı bilirdi ki, təkcə Naxçıvanda həyat ahənginin qaydaya düşməsi ilə iş bitmir. Ağır böhran vəziyyətinə düçar olmuş, sabaha inam hissini itirmiş Azərbaycan xalqını ağır bəlalardan, xəritədən silinmək təhlükəsi ilə üzləşən ölkəni isə fəlakətdən qurtarmaq üçün çox iş görülməli, çox çətinliklərə sinə gərilməlidir.
Həmin dövrlər hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi sayəsində Respublikada gərginləşən ictimai-siyasi vəziyyət kuliminasiya həddinə çatmışdı.
Xalq mövcud hakimiyyətin artıq ölkəni idarə edə bilməməsi və torpaqların ardıcıl olaraq Ermənistan tərəfindən işğal olunmasını görərək, nicat yolunu Heydər Əliyevin ölkəyə rəhbərlik missiyasını üzərinə götürməkdə görürdü.
Ulu Öndər xalqın çağırışlarına səs verərək tarixə “Qurtuluş günü” kimi düşən 15 iyun 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə ölkədə tədricən həyat axarına düşməyə başladı, ölkə anarxiya və məhvolma bəlasından qurtuldu.
Sonrakı prosesləri sadalamağa ehtiyac yoxdur. Ulu Öndərin ölkəyə rəhbərliyə başladığı gündən görülən işlər Azərbaycanın inkişafına gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən Ermənistan işğal etdiyi olan torpaqların geri alınması ilə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi.
İndi Azərbaycan Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq, müstəqil, inkişaf etmiş, dünya birliyində öz dəsti-xəttinə malik bir ölkə kimi tanınır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini