Yasir Mustafayev əlil arabası ilə təmin olunub – VİDEO

         Mustafayev Yasir Gülmalı oğlu 1958-ci ildə Poladlı kəndində anadan olub. 2 il əvvəl yıxılaraq aldığı bədən xəsarəti bu ahıl insanın həyatını dəyişib. Elə həmin hadisədən sonra Yasir Mustafayev sağlamlığını itirib, yeriməyi məhdudlaşıb. Dəfələrlə Bakı şəhərində yerləşən sağlamlıq mərkəzlərində müalicə alsa da, ancaq  bir faydası olmayıb. 

O, bu problemi ilə əlaqədar olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Müraciətlərə Operativ Baxılma Mərkəzinə müraciət edib. Mərkəzdə sakinlərin bütün müraciətərinə həssaslıq və diqqət göstərilir. Bu dəfəki müraciət də qısa zamanda öz müsbət həllini tapıb. Belə ki, MOB Mərkəzi tərəfindən əlaqədar təşkilatlara müraciət olunub. Sentyabrın 2-də Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin dəstəyi ilə Yasir Mustafayevə əlil arabası təqdim edilib.

Yasir Mustafayev problemin həllində göstərdiyi köməyə görə  rayon rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com