5.6 C
Aghjabadi

Adı ehtiramla çəkilən pedaqoq

         Həyatda çox peşələr var, həkim, mühəndis, təyyarəçi, aqronom, musiqiçi… Hər bir peşə sahibi öz sahəsi üzrə çalışaraq, xalqına xidmət göstərir, fayda verir. Həmin peşələrin fövqündə daha müqəddəs bir peşə dayanır, müəllimlik!.. Ona görə ki, müəllim mühəndisi, həkimi, musiqiçini də yetişdirir, onlara elmin sirlərini öyrədir, bilikləri mənimsədir.

Rayonumuzda da müəllim adını uca tutan, fədakar insanlar çoxdur. Onların arasında tanınmış ziyalı, qayğıkeş insan, təcrübəli pedaqoq Qütabə Hacıyevanın adı həmişə hörmətlə çəkilir.

Hacıyeva Qütabə Zülfüqar qızı 1923-cü ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan Şuşa şəhərində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Ağdama köçüb, burada orta təhsil alıb, böyüyüb, boya-başa çatıb. Gənc istedadlı qız 1941-ci ildə əla qiymətlərlə Ağdamda 6 saylı orta məktəbi bitirib.

O, həmin ildə əslən Ağcabədidən olan Musa İbadovla ailə həyatı qurub. Sədaqətli ömür-gün yoldaşı M.İbadov ll Cahan müharibəsinə səfərbər olunub, 5 il qanlı müharibədə iştirak edib, Reystaxa qədər gedib çıxıb, igidliklər göstərib. Müharibə başa çatdıqdan sonra doğma Ağcabədiyə qayıdıb. Gənc ailə yenidən dinc xoşbəxt günlərini yaşamağa başlayıb.

Qütabə Hacıyeva ali təhsil almaq üçün Ağdam Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1953-cü ildə həmin təhsil müəssisəsinin dil-ədəbiyyat müəllimi şöbəsində ali təhsilini başa vurub. Bacarıqlı pedaqoq əvvəlcə Ağcabədidə 5 saylı məktəbdə əmək fəaliyyətinə başlayıb. O, sonralar uzun müddət 3 saylı natamam orta məktəbində müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifələrində çalışıb. Səriştəli dil-ədəbiyyat müəllimi kimi tanınan Q.Hacıyeva peşəsini gənc nəslə sevdirməyi bacarıb. Şagirdlərin sevimlisinə çevrilib. O, rayon müəllimləri və əhalisi arasında böyük hörmət və nüfuz qazanıb.

Qütabə müəllim rayonda təhsilin inkişafında, pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Onun saysız hesabsız yetirmələri respublika həyatının müxtəlif sahələrində yüksək vəzifələrdə fəaliyyət göstərib, müəllimlərinin adına layiq işləyiblər.

Təcrübəli pedaqoq təlim-tərbiyə sahəsində səmərəli fəaliyyətinə görə dövlətimiz tərəfindən müxtəlif orden və medallarla, fəxri fərmanlarla təltif olunub. Təsadüfi deyildir ki, Qütabə müəllimə rayonumuzda respublikamızın ilk əməkdar müəllimlərindən sayılır. Onun ənənəsini indi gəlini Həcər Əliyeva uğurla davam etdirir. O da əməkdar müəllimdir.

Nüfuzlu müəllim rayonumuzda gözəl ömür-gün yoldaşı, nümunəvi ailə başçısı kimi də tanınıb. O, həyat yoldaşı Musa İbadovla birgə 6 övlad böyüdüb, boya-başa çatdırıb. Onların hamısı ali təhsil alıb, həyatda layiqli mövqe tutublar. Ailənin yeganə oğul övladı Sahib İbadov uzun illər rayonda müxtəlif məsul vəzifələrdə işləyib, camaat arsında nüfuzlu ziyalı kimi sayılıb-seçilib.

Dəyərli ziyalı, nüfuzlu pedaqoq, gözəl ailə başçısı Qütabə Hacıyeva 30 may 1994-cü ildə dünyasını dəyişib. Onun xatirəsi ağcabədililər tərəfindən bu gün də əziz tutulur, adı hörmət və ehtiramla çəkilir.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər