Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsində artan rola malikdir

       

     Xəzər regionunun böyük neft və qaz resursları beynəlxalq bazarların enerji daşıyıcıları ilə sabit və təhlükəsiz formada təchiz edilməsinə geniş imkanlar açır və bununla istehlakçı ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir. Neft və qaz sektorunda son zamanlar həyata keçirilmiş layihələr nəticəsində Azərbaycan həmin xüsusi prosesdə mühüm rol oynamağa başladı. Dünyanın aparıcı beynəlxalq enerji şirkətləri ilə effektiv və uzunmüddətli əməkdaşlıq “Azəri-Çıraq- Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsinə, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəmərləri və s. bu kimi bir sıra böyük layihələrin həyata keçirilməsinə şərait yaratdı.

     Azərbaycan qarşılıqlı şəkildə faydalı əsaslarla dünyanın aparıcı ölkələri ilə enerji daşıyıcılarının çatdırılması sahəsində əməkdaşlığı inkişaf etdirən güclü enerji ölkəsinə çevrildi. Buna görə də biz Avropa ölkələrinə qazın nəqli üçün “Cənub dəhlizi” enerji layihəsini hökumətlərarası əməkdaşlıq istiqamətində çox perspektivli sahə hesab edirik. Yaxşı məlumdur ki, həmin xüsusi xarakter daşıyan strategiya qazın yeni nəql infrastrukturu vasitəsilə Xəzər regionundan Avropaya daşınmasını nəzərdə tutur.

    Təbii ki, Xəzər dənizi regionunda karbohidrogenlərin artan hasilat həcmi ilə əlaqədar ixrac edən tərəflərin tələblərinə effektiv şəkildə cavab verə biləcək etibarlı tranzit dəhlizlərinə ehtiyac duyulur. İnkişaf etmiş tranzit potensialı ilə Azərbaycan ixrac edən ölkə olmaqla yanaşı, Xəzər regionunun nəhəng enerji resurslarına malik olan mühüm tranzit ölkəsinə də çevrilməkdədir. Mövcud nəqlolunma infrastrukturu ilə beynəlxalq bazarlara öz enerji daşıyıcılarını nəql etmək məqsədilə Gürcüstan, Türkiyə və Rusiya kimi tranzit ölkələrlə effektiv əməkdaşlıq Azərbaycanın qonşu ölkələr üçün ixracda tranzit şəbəkə rolunu gücləndirir.

     Demək olar, artıq iki yüz ildir ki, Azərbaycan fəal şəkildə neft və qaz sənayesi ilə məşğuldur və “qara qızılın” vətəni hesab olunur. Heç şübhəsiz ki, son illərdə baş verən neft böhranı Azərbaycanın da neft hasilatına zərbə vurdu və bunun nəticəsində hasilat əhəmiyyətli dərəcədə azaldı. Bu baxımdan Azərbaycanın təbii qaz ixracatı büdcəyə əlavə gəlirlər gətirəcək ki, bu da hökumətə özünün mövcud aktivlərinin həcmini artırmağa və beləliklə də, ölkənin iqtisadi artımını təmin etməyə imkan verəcək. 

     Keçən onillikdə uğurla reallaşdırılan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra iki qonşu dövlət – Türkiyə və Azərbaycan enerji sektorunda birgə inkişafı gücləndirdilər. Tədricən qaz təchizatçılarının artması TANAP layihəsi vasitəsilə təchizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək.Bundan əlavə, layihə Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək.

     Qərbi Avropada ümumi qaz təchizatı olduqca müxtəlifdir, lakin İtaliya da daxil olmaqla Şərqi və Cənub-şərqi Avropada əhəmiyyətli dərəcədə bir mənbədən asılılıq mövcuddur. Buna baxmayaraq, Cənub Qaz Dəhlizinin tikintisi enerji marşrutlarının təhlükəsizliyi baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azrbaycanın böyük qaz təchizatı boru kəmərinə malikdir. Avropa ittifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər