5.6 C
Aghjabadi

Növbəti səyyar qəbul Cəfərbəyli kəndində keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

​İcra başçısının səyyar qəbul qrafikinə əsasən sentyabrın 7-də növbəti qəbul rayonun Cəfərbəyli kəndində keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər. 

​Səyyar qəbulu giriş nitqi ilə açan rayon rəhbəri Rafil Hüseynov görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan və cənab Prezident İlham Əliyevin ölkənin daxili və xairici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən söz açıb. Görüşdə sakinlərin müraciətləri dinlənilib. Onları narahat edən məsələlər səsləndirilib. Kənd sakinləri Səbuhi Atakişiyev, Eynulla Quliyev, Seymur İsmayılov, Akif Kərimov və başqaları içməli su, kənd yolunun asfaltlanması, həyətyanı torpaq sahəsinin verilməsi və başqa məsələlər barədə müraciətlər ediblər. Səyyar görüşdə səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib. 

​Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq davam edəcək.

Pərvin ŞAKİRQIZI

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər