Avropaİttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq yeni müstəvidə

       

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sentyabrın 1-də   İtaliyaya işgüzar səfəri əhatə etdiyi məsələlər baxımından çox zəngin bir səfər olmuş, Azərbaycan–İtaliya münasibətlərində yeni səhifə açmışdır.

Səfər hər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsinə təsadüf etməklə, Azərbaycan-İtaliya münasibətlərinin bu dövr ərzində keçdiyi inkişaf yolunu özündə əyani təcəssüm etdirdi.

Bu səfər çərçivəsində Azərbaycanının İtaliyadakı səfirliyinin yeni binasının açılışının olması, həmin binada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakultə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın 5 aparıcı Universiteti ilə akademik əməkdaşlığa dair sazişlərin imzalanması, səfirliyin yeni binasının 1-ci və 2-ci mərtəbələrində Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması,Azərbaycan-İtaliya dostluq əlaqələrinin genişlənməsini sübut edən amildir. 

Mədəniyyət Mərkəzinin ekspozisiya zallarında qədim sənətkarlıq, milli müniatür, xalçaçılıq, milli musiqi alətləri, milli kulinariya, milli geyim nümunələri xalqımızın zəngin tarixi keçmişə malik mədəniyyətə malik olmasını əks etdirən eksponatlardır. Heydər Əliyev Fondu tərəfindən İtaliyan dilində nəşr edilən kitablarda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və musiqisi ilə bağlı kitablar da Mədəniyyət Mərkəzində yer almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının sədri Mario Draqi  ilə görüşlərində İtaliya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq sahəsində ikitərəfli münasibətlər və ticarət əlaqələrinin hər iki ölkə üçün  qarşılıqlı faydalı olduğu vurğulanmışdır.

Görüşlərdə Azərbaycanın Avropa İttifaqı və İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsi, hər iki ölkə arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinin gələcək üçün mühüm perspektivlər vəd etdiyi qeyd edilmiş, Avropa İttifaqı və ölkəmiz arasında münasibətlər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyanenin Bakıda səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının yeni perspektivlər açdığı,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanmasının əhəmiyyəti qeyd edilmiş, bu prosesin regionda barış və əmin-amanlığın yaranmasına yol açacağına inam ifadə edilmişdir. 

28-il əvvəl Ulu Öndər Heydər Əliyevin gərgin siyasi mübarizəsi sayəsində bağlanan neft kontraktları indi ölkəmizin Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa və Avrasiyanın enerji təchizatçısına çevrilməsinə yol açmışdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com