5.6 C
Aghjabadi

Azərbaycan – İtaliya əlaqələri yeni bir mərhələyə qədəm qoyur

Prezident İlham Əliyevin İtaliyaya səfəri, səfər çərçivəsində keçirilən görüşlər və dövlət başçımızın səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzindədir. Bir neçə məqam xüsusi olaraq diqqəti cəlb edir: 

– Tanınmış ekspertlərin, nüfuzlu strateji tədqiqat mərkəzlərinin təhlillərində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındığı xüsusi qeyd olunur, ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılır. Prezident İlham Əliyevin fikirləri, son zamanlar müşahidə edilən proseslər təsdiqləyir ki, Azərbaycan özünün və tərəfdaşlarının maraqlarına, beynəlxalq hüquq normalarına və müasir çağırışlara uyğun xarici siyasət həyata keçirir. Ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə töhfələri dünya miqyasında yüksək dəyərləndirilir;

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal, önəmli rol oynaması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına əlverişli zəmin, yeni imkanlar yaradır. “Qoca qitə” enerji təhlükəsizliyi məsələsində yüksək potensiala malik olan Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir, uzunmüddətli işbirliyi niyyətini aydın ifadə edir. Bir müddət öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir;

– Avropanın digər dövlətləri kimi İtaliya da xarici siyasət kursunda Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Öz növbəsində, Azərbaycan da İtaliya ilə qarşılıqlı faydalı münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı səfərlər isə tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu, işbirliyinin yüksək səviyyədə olmasını və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. 

Nəticə etibarilə, müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe Azərbaycana yeni imkanlar və uğurlar qazandırır. Tarixi Qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın region dövlətləri və iqtisadi, siyasi güc mərkəzləri, o cümlədən Avropa dövlətləri ilə münasibətlərinin inkişafına güclü impuls – yeni təkan verir.

Nəriman Orucov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi.                

 09.09.2022

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər