Məktəbli forması və gündəlikləri haradan alaq?

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Cari tədris ilində məktəblilərin nə geyinməsi də təbii ki, müzakirə mövzusudur. Baxmayaraq ki, Elm və təhsil nazirinin keçirdiyi brifinqdə bu haqda ətraflı məlumat verildi, valideynlər hələ də qərar verməkdə çətinlik çəkirlər. Bununla bağlı redaksiyamıza da müraciətlər olunur. Məktəbli formasının qiyməti, seçimi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə sektorun metodisti Tofiq Zeynalovla əlaqə saxladıq. Həmsöhbətimiz bildirdi ki, ümumtəhsil müəssisələrinə hazırda istifadə olunan məktəbli formalarının tətbiq edilməsi Azərbaycan Respulikasının Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə 2022-2023-cü tədris ilinin sonunadək nəzərdə tutulub. Satışına və qiymətinə gəlincə onun sözlərinə görə, məktəbli formalarının satışının təşkili müəyyən olunmuş qiymətə paltar mağazalarında həyata keçiriləcək. Cari tədris ili üçün bu formalar məcburi deyil.

Məktəbli gündəlikləri ilə bağlı suallar da valideynlər tərəfindən ünvanlandığı üçün biz bu məsələyə də aydınlıq gətirməyə çalışdıq. T.Zeynalovun dediyinə görə rayonumuzun tam orta məktəblərində məktəbli kitabçalarının şagirdlərə verilməsinə nəzarəti məktəb rəhbərliyi həyata keçirir. Həmin sözügedən kitabçaların paylanmasını isə Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə sektoru təşkil edir. Valideynlərin hansı gündəlikləri alması onların səlahiyyətindədir. Onlar bunu həm dərs ləvazimatlarının satışı mağazalarından ala, həm də oxuduqları məktəbin özündən pulsuz əldə edə bilərlər.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləŞəhidlər unudulmur
Növbəti məqalədəİt məsələsi

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com