Ağcabədidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

       

    Sentyabrın 10-da Ağcabədi “ASAN xidmət” Mərkəzində  qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirildi.

  Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər iştirak edirdi.

  Tədbiri giriş sözü ilə açan RİH başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Çıxışında bir çox məsələlərə toxunan rayon rəhbəri 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin sayının artmasının, o cümlədən, qəbullarda qızların sayının üstünlük təşkil etməsinin də sevindirici hal olduğunu vurğulayıb.

   Sonra millət vəkili Aqil Abbas gəncləri təbrik edib. Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun Metod Mərkəzinin direktoru Əli Əhmədovun məruzəsində isə əldə edilmiş uğurlarla yanaşı müəyyən nöqsanlara da toxunulub.

    Məruzədən sonra şəhər  5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, 616 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, şəhid övladı Elton Xudaverdiyev, 697,5 balla Birgə Azərbaycan-Fransa Universitetinə qəbul olunmuş  Nərmin Sadıqlının atası Arif Sadıqov, 610 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Sona Nağızadə,  603 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş Davud Baxışalıyev çıxış edərək, qazanılan nailiyyətlərlə bağlı fikirlərini bölüşüb,  gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə  minnətdarlıqlarını ifadə ediblər.

    Daha sonra  bir qrup tələbəyə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən birdəfəlik maddi mükafat və fəxri fərmanlar təqdim edilib.  Həmçinin  bildirilib ki, 5 nəfər tələbə bir tədris ili müddətində  RİH başçısı tərəfindən aylıq təqaüdlə təltif  olunublar.

   Yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərin mükafatlandırılmasında Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqı Ağcabədi rayon Komtəsinin sədri Arzu Niftalıyeva və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev  də  yaxından iştirak edərək onlara  birdəfəlik maddi yardım və “Fəxri Fərman”lar təqdim ediblər.

     Qeyd edək ki, ali Təhsil Müəssisələrinə  qəbul imtahanlarında  iştirak edən məzunlarımızdan  436 nəfəri tələbə adını qazanmışdır. Onlardan 22 nəfəri 600-700 bal arası, 51 nəfəri isə 500—600 bal arası nəticə göstərmişdir. Tələbə adını qazananların 64 nəfəri Bakı Dövlət Universitetində təhsil alacaqdır.

                                                                               

                       

Məhsəti MUSA

FOTOLAR: Mais İbrahimov

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər