Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda məhsul yığımı ilə yanaşı, dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Ağcabədili fermerlər artıq 2641,2 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1924,2 hektarı qarğıdalı, 564,2 hektarı darı, 136,7 hektarı sorqo, 13,1 hektarı tərəvəz, 3 hektarı kartofdur.