6.4 C
Aghjabadi

Pambıq yığımına hazırıq

Qəzetimizin ötən sayında MKT İstehsalat Kommersiya MMC-nin Ağcabədi filialının direktoru ilə söhbət təqdim edilmiş, emal zavodunun pambıq qəbuluna tam hazır olduğu bildirilmişdir. Ümumilikdə Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının və qəbul məntəqələrinin pambıq yığımına hazırlığının vəziyyəti barədə daha ətraflı məlumat almaq üçün Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırovla əlaqə saxladıq. O, bildirdi ki, respublikamızda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr ali məqsədlərə xidmət edir.

Son dövrlərdə ölkə rəhbəri cənab İlham Əliyevin qeyri neft sektorunun inkişafı sahəsində verdiyi tapşırıqlar və bu sahəyə göstərdiyi diqqət və qayğı Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılığın yenidən inkişafına stimul yaratmışdır. Pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Yeni mövsümdə məhsuldarlığın yüksək olacağı gözlənilir. Artıq pambıq sahələrində becərmə işləri başa çatıb. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılması üçün son işləri görürlər. Əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib, nəticədə yaxşı çıxış alınıb, bol məhsul yetişib. 

Ölkədə həyata keçirilən mütərəqqi islahatları fermerlər rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə kənd təsərrüfatı məhsullarının istehsalını ilbəil artırırlar. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhvali-ruhiyyəsini də yüksəldir. Respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına münbit şərait yaradıb.

Ağcabədi rayonunda 2022-ci təsərrüfat ilində fermerlər və torpaq mülkiyyətçiləri 11838,58 hektar sahədə pambıq əkilmişdir. O, cümlədən “MKT İstehsalat Kommersiya” MMC-də 4974,58 ha, “Azərpambıq” ASK MMC-də 4200 ha, “P-Aqro” MMC-də 2200 ha və Ağcabədi Taxıl” MMC-də 464 ha müqavilələr əsasında pambıq əkilmişdir. Artıq pambıq yığımına hazırlıq işləri görülür-kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

Pambıq yığımı üçün 48 ədəd pambıq yığan kombaynın, xam pambığın daşınması üçün 135 ədəd traktorun, 266 ədəd qoşqunun hazır olduğunu bildirən həmsöhbətim onu da qeyd etdi ki, mütəxəssislərin hesablamasına görə bu mövsüm rayon üzrə 37-38 min tondan çox pambıq istehsalı gözlənilir.

Artıq son hazırlıq işləri ilə əlaqədar olaraq sahə kənarları hamarlanır, şirkətlər və “Aqrolizinq” ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Defolyasiya işlərinin aparılması avqust ayının sonunadək nəzərdə tutulur. Defolyasiya və qozaların açılmasını sürətləndirmək üçün isə pereparatlardan istifadə olunması planlaşdırılır.

Muxtar Bağırov həmçinin qeyd edib ki, rayonda qabaqcıl təcrübənin, gözəl ənənənin qorunub saxlanması sayəsində kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə olunur. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsindəki zəngin təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük zəmin yaradır.  

Hüseyn QULUZADƏ

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər