6.4 C
Aghjabadi

Rayonda ticarət müəssisələrinin fəaliyyəti haqqında

2022-ci ilin iyul ayının 1-i vəziyyətinə rayon ərazisində ticarət sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin sayı 62, ticarət fəaliyyəti üzrə seçməyə düşmüş fiziki şəxslərin sayı 87 nəfər olmuşdur. Rayonda 443 ticarət yerinə malik olan 1bazar fəaliyyət göstərir.

2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 153159.3 min manat və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6.1 faiz çox olmuşdur.

Respublika üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Ağcabədi rayonunun əmtəə dövriyyəsinin xüsusi çəkisi 0.68 faiz təşkil etmişdir.

Pərakəndə ticarət dövriyyəsinin quruluşunda ərzaq mallarının xüsusi çəkisi  53.7 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 46.3 faiz təşkil etmişdir.

Pərakəndə ticarət dövriyyəsinin  strukturu aşağdakı cədvəldəki kimi qeyd olunmuşdur.

Göstərilən diaqramlara nəzər yetirsək görərik ki, 2022-ci ilin yanvar-iyun aylarında ərzaq məhsullarının satış üzrə faizi 2021-ci ilin müvafiq dövrünə nisbətən ərzaq məhsullarının satışına nisbətən azlıq təşkil etmişdir. 2022-ci ilin yanvar-iyun aylarında qeyri ərzaq məhsullarının satış üzrə faizi 2021-ci ilin müvafiq dövrünə nisbətən qeyri-ərzaq məhsullarının satışına nisbətən üstünlük təşkil etmişdir.

2022-2021-ci ilin yanvar-iyun aylarında ərzaq və qeyri ərzaq məhsullarının satış faizləri

Cədvəldən göründüyü kimi, hesabat dövründə rayon üzrə cəmi əmtəə dövriyyəsinin 6.7 faizi hüquqi şəxslərin, 93.3 faizi fiziki şəxslərin payına düşür .

Hüquqi şəxslər üzrə ticarət şəbəkəsindən alınmış istehlak mallarının həcmində 44.9 faizi ərzaq  malları, 55.1 faizi isə qeyri-ərzaq malları təşkil etmişdir.

Fərdi sahibkarlar üzrə bazar və yarmarkalar tərəfindən satılmış istehlak mallarının 54.3 faizi ərzaq, 45.7 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır.

Bazarlar və yarmarkalar üzrə əmtəə dövriyyəsinin həcmi 23944.5 min manat və rayonun ümumi əmtəə dövriyyəsində onların xüsusi cəkisi 15.6 faiz olmuşdur .

Hüqui şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar üzrə əmtəə dövriyyəsinin həcmi 118962.3 min manat və ya rayonun ümumi pərakəndə əmtəə dövriyyəsinin həcmində 77.7 faiz təşkil etmişdir.

2022-ci ilin yanvar-iyun aylarında topdansatış əmtəə dövriyyəsinin həcmi 3024.9 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8.5 faiz təşkil etmişdir. Bu da öz növbəsində ümumi yekunun 2.0 faizini təşkil edir.

2022-ci il iyul ayının 1-i vəziyyətinə pərakəndə və topdansatış ticarət  şəbəkələrində mal qalığı 32948.5 min manat təşkil etmişdir ki, ondan 1483.9 min manatı ticarət müəssisələrinin, 350.2 min manatı bazar və yarmarkalarda 31464.6 min manatı hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlarda mal qalığı olaraq qalmışdır.

2022-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının dəyər ifadəsində 6.7 faizi ticarət müəssisələri, 77.7 faizi hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən, 15.6 faizi isə bazar və yarmarkalarda satılmışdır.

Həmin dövrdə əhalinin hər bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 184.0 manat və ya 2021-ci ilin müvafiq dövrünün göstəricilərindən nominal ifadədə 29.4 manat cox olmuşdur. Ticarət şəbəkələrindən hər bir rayon sakini orta hesabla hər ay 98.8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları istehlak etmişdir.

Elsevər İsmayılov,

Ağcabədi Rayon Statistika İdarəsinin rəisi

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər