Qarabağ iqtisadi rayonunda fermerlərə “Ekoloji təmiz məhsul” istehsalı təşviq olunacaq

“Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ iqtisadi rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul” istehsalının təşviqi” mövzusunda növbəti layihəsinin icrasına başlayıb

İctimai Birlikdən bildirilib ki, üç ay davam edəcək layihənin əsas məqsədi Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının fermerləri arasında ekoloji təmiz məhsulun yetişdirilməsinə marağın artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək fermer və istehlakçılar arasında maarifləndirmə işləri aparmaqdır.

Layihə çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında fermerlərin, bələdiyyə üzvlərinin, yerli icra hakimiyyəti və müvafiq mərkəzi orqanlarının regional idarələrinin təmsilçilərinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Həmçinin fermerlərin maarifləndirilməsi məqsədilə seminarlar təşkil olunacaq. Ekoloji fermerçilik bukleti hazırlanacaq. Eyni zamanda, ekoloji fermerçiliyi təşviq edən sosial çarx hazırlanacaq, sosial şəbəkələrdə və yutubda yerləşdirilməsi təmin ediləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com