Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərirki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illərərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasəti nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib. Ermənistanın təxribatları vərevanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayətedilməsi tələb olunmalıdır.
Məhsəti Musa :
(“Aran” qəzetinin redaktoru)
“Sülh ümumbəşəri dəyərdir. Bəli, torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün qorunması üçün hər zaman can və mal qurban verməyə hazırıq. Və nə qədər ki, ermənilər öz iddialarından ,təxribatlarından əl çəkməyib, bu, belə də davam edəcəkdir. Amma həm də bir həqiqət var ki, biz bu itkilərin olmasını istəmirik. Bu, acını yaşamaq çox çətindir. Dahilərdən birinin sözüdür : “Müharibə analar üçün ən dəhşətli lənətdir”. Biz nəinki öz ölkəmizdə, bütün dünyada sülhün olmasının tərəfdarıyıq. Sentyabrın 21-i Beynəlxalq Sülh Günüdür. Bütün dünya bu günü xüsusi qeyd edir. Tədbirlər keçirilir, sərgilər şəkil olunur, təbliğat aparılır. Amma nə yazıq ki, bizim qismətimizə düşmüş mənfur qonşularımıza bu tədbirlərin heçbir təsiri yoxdur. Artıq sentyabr ayı bizim üçün sülh ayı yox, erməni təxribatlarının qarşısının alınması üçün şəhidlər verdiyimiz ay kimi yadda qalır. Beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət buna bir dur deməli, rəsmi İrəvanı sülhəçağırmalıdır.
Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarındançıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycanilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.
Kəmalə Yusifova:
(Azərbaycan Dillər Universitetinin
Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi)
Ermənilər xalqımızın qan yaddaşının bərpa olmasından, tarixi keçmişində ona qarşı edilən zülmlərdən xəbərdar olmasından, erməni şovinizminin, erməni terrorizminin ifşa olunmasından çox narahatdırlar. Digər tərəfdən, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, onun regionun aparıcı dövlətinə çevrilməsi, Ermənistanın isə bütün beynəlxalq layihələrdən təcrid olunması, insan ehtiyatlarının tükənməsi onun bir dövlət kimi perspektivsizliyindən xəbər verir. Ölkəmiz sülhpərvər, beynəlxalq hüquq normalarına hörmət edən, separatizmin və terrorçuluğun əleyhinə ardıcıl mübarizə aparan bir dövlət imici qazanıb. Azərbaycanın haqq işi, o cümlədən ona qarşı edilən tarixi ədalətsizliyin bərpası istiqamətində atdığı addımlar tədricən beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır və qəbul edilir.
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi üçün qurban verdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin! Başın sağ olsun Vətən! Qarabağ Azərbaycandır!
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
Aydın məsələdir ki, 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.
Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.
Dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu. Otuz il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Görünən budur ki, 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.
Bu hərbi insident təsadüfi sayıla bilməz. Təxribatları təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Ziyalılarımız da vətəndaşları ayıq-sayıq olmağa, kənar təsirlərə uymamağa çağırır, son günlərin hadisələri ilə bağlı fikirlərini bölüşərək bu gün həmrəyliyimizi qoruyub saxlamağı vacibliyini bildirirlər.
Zəhra İbrahimova :
(Əməkdar müəllim)
Vətən müharibəsində qələbə qazanmağımızın səbəbləri bir neçəidi. Qətiyyətli və doğru siyasət yürüdən ölkə rəhbərinin olması, güclü ordu və həmin rəhbərin də, ordunun da arxasında dağ kimi dayanan xalq. Bəli, xalqın birliyi, əzəməti bu qələbənin vaxtını daha da tezləşdirdi. 30 illik göz yaşı, ah-nalə, vətən həsrəti, yurd-yuvasına qovuşa bilməmək qorxusu cəmi 44 günərzində yox oldu. Biz Zəfərmizi bu həmrəyliyin gücünə qazandıq. Rəhbər, ordu və xalqın birliyi bütün dünyaya sübut etdi ki, bu xalqı əzmək, bu xalqı yenmək çox çətindir. Amma təəssüf ki, ermənilərin son təxribatından sonra öz içimizdə dəəks mövqe sərgiləyən, daxildə çaxnaşma yaratmağa çalışan qüvvələri görməkdəyik. Kənardan döyüş asan gəlir. Bəziləri sabitliyimizi poza biləcək təbliğat aparır, insanları səhv istiqamətə yönəldir.Amma xalqımız bu təxribatlara uymamalı, səbrlə, təmkinlə həyata keçirilən işlərin bir parçası olmalıdır. Baş verə biləcək hadisələrə qarşı hazırlıqlı olmaq vacibdir. 13 sentyabr tarixində baş vermiş ermənitəxribatları bir dahagöstərdi ki, qaçqın və məcburi köçkünlərin işğaldan azadolunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Səbrsizlik, müəyyən planların açıqlanması, ictimailəşdirilməsi yeni hərbi təxribatların törədilməsinə səbəb ola bilər. Odur ki, hər birimiz Vətən müharibəsində göstərdiyimiz həmrəyliyi daim qoruyub saxlamalı, bu xalqıniçinə nifaq salmaq istəyənlərə qarşı gücümüzü birgə göstərməliyik. Hər kəs anlamalıdır ki, Dəmir yumruq hər zamanyerindədir !